Modern.az

Müşfiqin abidəsini sökənlər cəzalandırılacaq - Prezident tapşırıq verdi

Müşfiqin abidəsini sökənlər cəzalandırılacaq - Prezident tapşırıq verdi

28 Fevral 2017, 16:24

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə mətbuatına açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub.


Modern.az xəbər verir ki, Əli Həsənovun sözlərinə görə, dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.


Əli Həsənov bildirib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb.


"Cənab Prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar",-Əli Həsənov bildirib.

 
Xatırladaq ki, Mikayıl Müşfiqin Bakıda Dövlət Statistika Komitəsinin binası ilə üzbəüz ərazidəki abidəsi “Azəravtoyol” ASC tərəfindən sökülüb.  Adı çəkilən qurum bəyan etmişdi ki, "Sovetski" ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır. Rekonstruksiya işləri yekunlaşdıqdan sonra heykəl əvvəlki yerinə qoyulacaq. Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq.

Mədəniyyət və Turizm Nazirliyi isə bəyan edib ki, “Azəravtoyol” ASC Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmadan görkəmli şairin Mikayıl abidəsini dağıdıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu