Modern.az

Mərkəzi Bankın idarə heyətinə üzvlüyə namizədlər müzakirə ediləcək

Mərkəzi Bankın idarə heyətinə üzvlüyə namizədlər müzakirə ediləcək

28 Fevral 2017, 17:40

Fevralın 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlcə komitə sədri Ziyad Səmədzadə gündəlikdəki səkkiz məsələ barədə məlumat verib.

Ziyad Səmədzadə bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə üzv seçilməsi ilə bağlı üç nəfərin namizədliyi Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Onlar Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevdir. Komitənin bu insanlar haqqında müsbət rəyi var.

Komitə üzvləri təklif olunan namizədlərin peşəkar iqtisadçılar və bank mütəxəssisləri olduqlarını qeyd ediblər.

Hər üç namizədin məsələsi təsdiq olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.


İclasıda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik də müzakirə olunub.

Belə ki, dəyişikliyə əsasən qanun layihələrinin müvafiq maddələrinə “publik hüquqi şəxslər” sözləri əlavə edilir.

Düzəlişlərə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması həmin publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin hüquqi aktı qüvvəyə mindikdən sonra bu məqsədlə səlahiyyət verilmiş şəxsin müraciəti əsasında iki iş günündən gec olmayaraq həyata keçirilməlidir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır