Modern.az

“Bank of Baku”da yeni təyinatlar olub

“Bank of Baku”da yeni təyinatlar olub

28 Fevral 2017, 18:35

Həsən Quliyev “Bank of Baku” ASC-nin İdarə heyətinin sədr müavini təyin olunub.

 

Bu barədə Modern.az-a banka istinadən məlumat verir.

 

Məlumatda qeyd olunur ki, bu vəzifə “Bank of Baku”nun rəhbər şəxslərinin bankı tərk etməsindən sonra vakant qalmışdı. Belə ki, idarə heyətinin sədr müavinlərindən biri Zaur Qaraisayev Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti – “MBA-Moskva”nın Müşahidə Şurasının sədri təyin olunmuş, idarə heyəti sədrinin birinci müavini Nahid Zeynalov “Kapital Bank”ın idarə heyətinə daxil olmuşdu.

 

Bankın İdarə heyəti sədrinin digər müavini Eldar Həmidov “Bank of Baku”nun idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən təyin olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir