Modern.az

MTN generalının vəsatəti təmin edilmədi

MTN generalının vəsatəti təmin edilmədi

Aktual

28 Fevral 2017, 18:41

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbər vəzifəli şəxsləri - general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 25 zərərçəkmiş mülki iddianın icraata götürülməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

 

Təqsirləndirilən S.Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə açıqlamasında deyib ki, müvəkkili vəsatət qaldıraraq səhhətinin ağır olduğunu bildirib və müayinnə olunması üçün tibbi ekspertizanın keçirilməsini istəyib. Hakim vəsatəti baxılmamış saxlayıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

Günün ikinci yarısında davam etdirilən prosesdə S.Qurbanovun vəsatətinin təmin edilmədiyi elan olunub.

 

Daha sonra dövlət ittihamçısı S.Qurbanov olan hissədə ittiham aktını elan edib. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır