27 may 2017, Şənbə
Ana Səhifə - PARLAMENT - Azərbaycanda pensiya yaşı artırılır
Azərbaycanda pensiya yaşı artırılır
28.02.2017, 19:03

Fevralın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası gündəliyinə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi daxil edilib.

 

Modern.az xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli iclası açaraq gündəlik barədə məlumat verib. Qeyd edilib ki, “Əmək pensiyaları haqqında” Qanun 47 maddədən ibarətdir. Bu 47 maddənin 22 maddəsinə 98 adda dəyişiklik olub.


İclasda iştirak edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, əmək pensiyasının sığorta hissəsinin 1992-ci il yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan, habelə bu qanunun müvafiq maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğlər isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.
Bu qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 yanvar tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ qanunun müvafiq maddəsinə uyğun indeksləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Qeyd edilib ki, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Sənəddə təklif olunan dəyişikliyə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan gündəlik qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.

Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İkinci və üçüncü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması, pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması məqsədi daşıyır.

Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq.

Vurğulanıb ki, bu dəyişiklik 2006-cı ildə ölkəmizdə tətbiq olunan pensiya islahatının növbəti mərhələsidir.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.05.2017, 00:47

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

27.05.2017, 00:36

İşdən çıxarılan general Gürcüstana qaçıb

27.05.2017, 00:22

İmtahandan kəsilən qız intihara cəhd etdi

27.05.2017, 00:09

Bu gündən Ramazan ayı başlayır

26.05.2017, 23:52

Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI

26.05.2017, 23:49

Stalinin erməni “xilaskarı” - MARAQLI

26.05.2017, 23:42

Azərbaycan nefti ucuzlaşıb

26.05.2017, 23:27

Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi

26.05.2017, 23:11

Rusiya yeni hərbi vertolyotun sınağını keçirdi - VİDEO

26.05.2017, 22:56

"Şəhəri tərk edin" - Mosula vərəqələr yayıldı

26.05.2017, 22:41

Qaxda 86 yaşlı kişi özünü asdı

26.05.2017, 22:27

ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

26.05.2017, 22:09

Dövlət xəstəxanaları pullu xidmətə keçir - VİDEO

26.05.2017, 21:54

Moskvada terror törətməyi planlayan 4 nəfər yaxalandı

26.05.2017, 21:37

Azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTO

26.05.2017, 21:25

Azərbaycan terror aktını pislədi

26.05.2017, 21:11

Yeniyetmə bədbəxt hadisənin qurbanı oldu

26.05.2017, 20:57

Bir həftədə 1400-dən çox sahibkarla görüş keçirilib

26.05.2017, 20:42

İş yoldaşını güllələyən şəxs danışdı - VİDEO

26.05.2017, 20:28

Misirdəki terror aktında ölənlərin sayı 28 nəfərə çatdı

26.05.2017, 20:16

Daxili orqanında ölkə ərazisinə narkotik keçirən şəxs yaxalanıb

26.05.2017, 20:02

Türkiyədə tarixi türbəni 4 milyon dollara satmaq istəyiblər

26.05.2017, 18:57

"iPhone 6" sərfəli şərtlərlə satışda

26.05.2017, 18:50

Nazir müavini: “Təhsil sistemində hər hansı ixtisar yoxdur”

26.05.2017, 18:38

“Qarabağ” Avstriyada “Dinamo” Moskva ilə qarşılacaq

26.05.2017, 18:29

Dövlət Gömrük Komitəsi: “Heç bir problem yaşanmayıb”

26.05.2017, 18:21

Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib

26.05.2017, 18:05

ADU tələbələri “Piqmalion” pyesini səhnələşdirib

26.05.2017, 17:48

İŞİD-in 3 rəhbər şəxsi öldürüldü

26.05.2017, 17:45

9-cuların buraxılış imtahanının I mərhələsinin nəticələrini açıqlandı

26.05.2017, 17:35

"Müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir, bizə qarşı kampaniyalar aparılır"

26.05.2017, 17:30

Formula 1 yarışına 54 ölkədən bilet alınıb

26.05.2017, 17:25

Bakı Şəhər Halqası “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

26.05.2017, 17:21

Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var

26.05.2017, 17:15

Azərbaycanda ailə həkimləri hazırlanır

ARXİV