Modern.az

İlham Əliyev pakistanlı həmkarı ilə görüşüb

İlham Əliyev pakistanlı həmkarı ilə görüşüb

28 Fevral 2017, 20:14

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub. Modern.az xəbər verir ki, görüşdə 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıdığını bildirilib.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulanıb. Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra görüş geniş tərkibdə davam etdirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi