Modern.az

Azərbaycanlı milyarderdən neft PROQNOZU: “Hər şey iyunda həll olunacaq”

Azərbaycanlı milyarderdən neft PROQNOZU: “Hər şey iyunda həll olunacaq”

28 Fevral 2017, 21:34

Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli prezidenti Vahid Ələkbərov neft qiymətlərindən danışıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, milyarder OPEK-in neftin taleyini həll etmək üçün iyun ayında toplaşacağını deyib.

 

“İlin ilk yarısında neft 1 barel üçün 40 dollardan 55 dollara qədər yüksəlib. Hər şey iyunda bilinəcək. İyunda yeni görüş olacaq və önəmli qərar qəbul olunacaq: məhdudiyyətləri tədricən azaldaraq qiymətlərin daha da artmasının qarşısını almaq ya da ilin sonuna qədər neftin qiymətini 55-56 dollar səviyyəsində saxlamaq lazımdır. Bugünkü qiymətlər hər kəsə sərf edir”.

 

 

Vahid Ələkbərov “Lukoyl”un yanacaq doldurma məntəqələrinin sayını artırmağı və Türkiyə bazarında möhkəmlənməyi düşündüklərini deyib.

 

“Yanacaqdoldurma məntəqələrimiz, terminallarımız və logistikamız genişlənəcək. Belçika, Hollandiya, Türkiyə və Balkan ölkələrində mövqelərimizi möhkəmləndirəcəyik”.

 

 

“Lukoyl” dünya neftinin 2%-ni çıxarır. Şirkətin 464 neft yatağı, 5,8 min yanacaqdoldurma məntəqəsi var. “Lukoyl” Rusiyanın ən böyük neft şirkətidir.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi