Modern.az

Cəbhədə gərginlik fasiləsiz olacaq: Moskva hirslənsə, mövqeyini dəyişəcək - Rusiyalı ekspertin ŞƏRHİ

Cəbhədə gərginlik fasiləsiz olacaq: Moskva hirslənsə, mövqeyini dəyişəcək - Rusiyalı ekspertin ŞƏRHİ

Qarabağ

28 Fevral 2017, 22:38

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.  

Onların nəşlərinin döyüş meydanından çıxarılıb.

 

Düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu isə hərbi tibb müəssisəsinə çatdırılıb.

 

Lakin bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Rusiyalı politoloq Andrey Yepifantsevin fikrincə, təmas xəttində növbəti gərginlik gözləniləndir və bu, fasiləsiz xarakter daşıyacaq.

 

Modern.az saytının xəbərinə görə, ekspert bu haqda “Azadıq” radiosunun Ermənistan xidmətinə bildirib.

 

Onun sözlərinə görə, beynəlxalq cəmiyyət bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin həllinə girişmək istəmir. Digər tərəfdən isə Qarabağ  probleminə lazımi diqqət ayırmır.

 

“Aprel döyüşlərindən sonra müharibə ehtimalı artmışdı. Bununla belə, demək olmaz ki, yaxın vaxtlarda qanlı toqquşmalar təkrarlanacaq”-deyə o əlavə edib.

 

Politoloq Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə səfərinin Rusiyada mənfi reaksiya doğura biləcəyinə də eyham vurub.

 

O deyib ki, əgər Ermənistan öz xarici siyasət strategiyasını dəyişəcəksə, bu, Kremlin Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyinə təsir edər.

 

“Bu gün Moskva Qarabağ məsələsində status-kvonu saxlamağa çalışır – bu isə Ermənistana sərfəlidir. Amma Ermənistan öz xarici siyasətini dəyişdirəcəksə və Rusiyadan uzaqlaşacaqsa, Moskva Azərbaycanın mövqeyini müdafiə edəcək. Moskva hirslənəcəksə, Dağlıq Qarabağ məsələsində öz mövqeyini dəyişəcək. Məsələn, Azərbaycana silahları başqa qayda ilə satacaq və ATƏT-in Minsk Qrupunun həmsədri kimi daha sərt mövqe nümayiş etdirəcək. Rusiya BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini xatırlatmalı olacaq”-deyə o proqnozlaşdırıb.

 

Aqşin KƏRİMOV 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?