Modern.az

Tarixin ən sərrast 6 snayperi – SİYAHI+FOTOLAR

Tarixin ən sərrast 6 snayperi – SİYAHI+FOTOLAR

28 Fevral 2017, 22:58

Müasir dünya ordularını snayper birlikləri olmadan təsəvvür etmək mümkün deyil. Xüsusi təlim keçmiş snayperlər uzaq məsafədə yerləşən hədəfləri və düşmənin canlı qüvvəsini məhv üçün geniş istifadə olunur. Snayperlər yüngül atıcı silahların uzaq hədəfi məhv etmə gücü artdıqca daha geniş istifadə olunurdu. Praktikada snayperlərdən uğurlu istifadə olunan ilk müharibə ingilis-bur müharibəsinə (1899-1902) təsadüf edir.

Ovçuluqla məşğul olan burlar ingilisi hərbçilərini ov tüfəngləri ilə asanlıqla uzaq məsafələrdən məhv edirdilər. Sonralar Birinci və İkinci Dünya Müharibələri zamanı snayperlərdən təşkil olunmuş bütöv dəstələr fəaliyyət göstərirdi. Bəzi snayperlər öz məhsuldarlığı ilə bütöv döyüş hissələrinin gördüyü işə bərabər olurdu.

Modern.az dünyanın ən məhsuldar snayperlərinin siyahısını təqdim edir.

 

Simo Hayha – Dünya tarxinin ən sərrast snayperidir. O, Finlandiya ordusunun tərkibində 1939-1940-cı il müharibəsi zamanı 505 sovet əsgərini öldürmüşdü. 100 gündən bir qədər az davam edən müharibə dövründə Hayha “ağ ölüm” deyə çağırırdılar. 152 santimetr boyunda olan Simo snayper texnikasının inkişaf etməsində önəmli rol oynamışdı. 1940-cı il martın 6-da ən sərrast snayperin özü də gülləyə tuş gəlir. Güllə onun çənəsinin sol nayihəsinə daxil olaraq uzununu deformasiya olunmasına səbəb olur. Simo komadan yalnız martın 13-də, müharibənin bitdiyi gün ayılır. Baldırından götürülən sümüyün sayəsində o, üzünü bərpa edə bilir və hərbi xidmətdən azad elan olunsa da, 1944-cü ilə qədər hərbi əməliyyatlarda iştirakçı olur.

 

Kristofer Kayl – ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət edib. O, İraqda keçirilən hərbi əməliyyatlar zamanı 255 düşməni məhv edib ki, onlardan 160-ı Pentaqon tərəfindən rəsmən təsdiq olunub. 1999-2009-cu illərdə orduda xidmət edən Kayl 4 dəfə İraqa döyüş ezamiyyətinə göndərilib. Fəlluca və Ramadi şəhərləri uğrunda döyüşdə radikallarla üz-üzə gələn amerikalı xüsusi təyinatlı yüksək dəqiqliyinə görə “Ramadi şeytanı” adı ilə tanınırdı. “Əl Qaidə” üzvləri onun başına 50 min dollar mükafat qoymuşdular. Kristofer Kayl 2013-cü ildə Texas ştatındakı Erat atıcılıq mərkəzində keçmiş müharibə veteranı Eddi Rut tərəfindən öldürülmüşdü. İraq müharibəsinin veteranı olan Rut posttravmatik sindromdan əziyyət çəkirdi.

 

Fyodor Dyaçenko – İkinci Dünya Müharibəsi zamanı 423 alman hərbçisini məhv edən sovet əsgəri. Milliyətcə ukraynalı olan Dyaçenko 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, 1995-ci il dekabrında Kirov şəhərində vəfat edib.

 

 

Rancit Premasiri - Şri-Lanka ordusunun snayperi. O, 1991-ci ildən 2009-cu ilə qədər “Tamil Pələngləri” qruplaşmasının 180 üzvünü məhv etmişdi. O, 2009-cu il aprelin 28-də döyüş zamanı snayper tərəfindən öldürülmüşdü. Onun ölümündən 20 gün sonra Şri-Lanka hökuməti və “Tamil pələngləri” arasında sülh müqaviləsi imzalanmışdı.

 

Frensis Peqamabov – Kanada ordusunun və 1-ci Dünya Müharibəsinin ən sərrast atıcısıdır. O, alman ordusu ilə döyüşlərdə 378 hərbçini məhv etmişdi. Peqamabov 1951-ci ildə 61 yaşında Kanada da vəfat edib.

 

Mattias Hetsnauer – Almaniya ordusunun İkinci Dünya Müharibəsində ən sərrast snayperidir. Hetsnauer əsasən, Sovet əsgərləri ilə döyüşlərdə iştirak edib. Avstriya əsilli hərbçi bu döyüşlərdə 345 Qırmızı Ordu əsgərinin həyatına son qoyub. Mattias müharibənin son günlərində Sovet Ordusuna əsir düşüb və Sibirdə 5 il məhbus həyatı yaşadıqdan sonra vətəni Avstriyaya geri dönüb. O 2004-cü ildə vəfat edib.

 

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir