Modern.az

3 yaşında rəssamlığa başlayan Kəbirə Bakıda sərgi açır

3 yaşında rəssamlığa başlayan Kəbirə Bakıda sərgi açır

5 Aprel 2011, 13:26

Aprelin 20-də «Yeni Gallery»  sərgi salonunda rəssam Kəbirə əliyevanın fərdi sərgisi başlayacaq və 24 ayın 24-dək davam edəcək.
Kəbirə Əliyeva 1982-ci ildə Bakıda anadan olub, rəsm çəkməyə isə üç yaşında körpə ikən başlayıb. Kəbirə dörd yaşında olarkən, onun ən böyük mentoru, Kətanə Qazı Şərifova, riski gözə alaraq Kəbirəni Bakıdakı məşhur uşaq qalereyasında oxumağa götürür. Artıq altı yaşında Kəbirənin şəxsi sərgisi təşkil olunur və o, ölkədə öz sərgisi ilə çıxış etmiş ən cavan rəssam adını qazanır. On yaşında olarkən ikinci şəxsi sərgisinin baş tutmasıyla yanaşı, regional və beynəlxalq uşaq incəsənət yarışlarında müxtəlif mükafatlara layiq görülür. Rəsm çəkmək onun həyatının ayrılmaz parçasına çevrilir, incəsənət və biologiya elmləri üzrə təhsiliylə yanaşı gedir. Kəbirənin əsərləri həm də müxtəlif mədəniyyətlərin təsiri nəticəsində güclənmişdir, belə ki, onun ailəsi əvvəlcə Azərbaycandan Türkiyəyə köçmüş və sonda Birləşmiş Krallıqda məskən salmışdır.

Kəbirənin əsərləri sona çatdırılmamış hekayələrin səhnəsini canlandırır, onların gedişatının xəritəsini və ya dəqiq illustirasiyasını təqdim edir və hekayəni tamamlamağı tamaşaçının öhdəsinə buraxır. Onun işlərinin çoxu onun doğma mədəniyyətinin elementlərini daşıyır və ya ona istinad edir ki, bu səbəbdən də Azərbaycan ruhu onun işlərinə dərin kök salıb.

Öz Azərbaycan irsini rəssam çox aydın şəkildə təsvir edərək yeni auditoriyalara təqdim edir, az-çox təsəvvürü olan tamaşaçıları isə dərin düşünməyə vadar edir. Dünyanın təbii aləmi də Kəbirə üçün tükənməz ilham mənbəyinə çevrilib və tədricən onun bəzi əsərlərinin istiqamət götürdüyü sahələrdə yaradıcılıq səhnəsi olmaqdadır.

Kəbirə hal-hazırda Londonda yaşayır və işləyir. Onun işləri Azərbaycan, Türkiyə, İsveçrə və Birləşmiş Krallıqda sərgilənib, bir çox şəxsi kolleksiyalarda saxlanılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?