Modern.az

Tramp Konqresə müraciət etdi: “NATO-ya 1 trilyon dollar ayrılacaq”

Tramp Konqresə müraciət etdi: “NATO-ya 1 trilyon dollar ayrılacaq”

Dünya

1 Mart 2017, 10:31

Donald Tramp prezident kimi ilk dəfə Konqresdə çıxış edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ-ın yeni dostlar tapmaq istədiyini və hər yerdə sülhün bərqərar olmasını arzuladığını deyib.

 

“Biz keçmişdəki səhvlərdən nəticə çıxarmalıyıq. Dünyada tüğyan edən müharibə və dağıntılara şahidlik edib. Bütün bu humanitar fəlakətlərin uzunmüddətli həll yolu qaçqın düşmüş insanların öz evlərinə dönməsi və bərpa prosesinin başlanmasıdır”.

 

ABŞ-ın bütün xalqların seçdiyi yola hörmək etdiyini vurğulayan Tramp NATO-ya da tam dəstək olduqlarını deyib.

 

“Biz NATO-nu hərtərəfli dəstəkləyirik lakin alyans da öz maliyyə öhdəliklərini icra etməlidir”.

 

Tramp keçmiş düşmənləri ilə dost qalmağa hazır olduqlarını da deyib.

“ABŞ yeni dostlar tapmaq istəyir və maraqları uzlaşan yerdə yeni partnyorlar tapmağı düşünür. Biz müharibə və konflikt yox, harmoniya və stabillik istəyirik”.

 

O, NATO və iqtisadi proseslərə 1 trilyon dollar vəsaitin ayrılacağını deyib.

 

Vüqar İSMAYILOV  

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir