20 aprel 2018, Cümə
Ana Səhifə - MEDİA - “İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır” - MÜSAHİBƏ
“İnsanlar var ki, səhər yuxudan oyanan kimi Publika.az-ı axtarır” - MÜSAHİBƏ
01.03.2017, 12:13

Bu gün Publika.az saytının 5 yaşı tamam olur. Sayt 2012-ci ilin 1 martında fəaliyyətə başlayıb.Saytda xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Modern.az saytı  Publika.az-ın daxil olduğu “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının təəssüratlarını öyrənib:

 

-Aynur xanım, Publika.az saytının 5 yaşı tamam olur. Öncə sizi və kollektivinizi təbrik edirik. 5 yaşlı saytın rəhbəri olaraq, ötən 5 il ərzində publikaya nə dərəcədə xidmət edə bilmişiniz?

-Jurnalistikaya, xəbər mühitinə, informasiya texnologiyalarına az-çox bələd olan adamlar bilir ki, bu sahə çox gərgin işdir. Bu həm də həyatımızın mənasına, peşəsinə  çevrildiyinə görə sevdiyimiz işdir. Sevinirəm ki, ürəyimcə olan və bacardığım işlə məşğulam. Jurnalistika çox maraqlı sahədir. Yanılmıramsa, dünyada belə bir ifadə var: “3 maraqlı peşə sahəsi var - şou-biznes, siyasət və jurnalistika”.
3 maraqlı sahədən biri ilə məşğuluq. Düşünürəm ki, bu 5 ildə uğur qazanmışıq. Öz auditoriyamız, oxucularımız  var. İnsanlar var ki, səhər yuxudan oyanan kimi kompüterin arxasına keçərək Publika.az saytını axtarmağa vərdiş edib. Düşünürəm ki, bu, böyük uğurdur. İnsanın öz auditoriyasının, oxucu kütləsinin olması ürəkaçan haldır. 5 il öncə Azərbaycanın xəbər məkanına hansı vədlərlə gəlmişdiksə, o vədlərimizi doğrulda bilmişik. Az müddət ərzində uğur qazana bilmişik. Azərbaycanın sayılıb-seçilən media orqanları sırasına daxil ola bilmişik. Düşünürəm ki, bu, sevindiricidir. Mediada uğur qazanmaq təkcə maliyyə ilə ölçülmür. Bunun üçün həm də çox böyük əzm, iradə, dözüm tələb olunur. Sadaladığım şərtlər bizdə olduğuna görə Publika.az kollektivi ilə böyük əzmlə çalışdıq və digər media orqanlarının 10-15-20 ilə getdikləri yolu biz az müddətdə qət edə bildik.

-Xanım olaraq, böyük kollektivə rəhbərlik etməyin öhdəsindən gəlməkdə çətinlikləriniz olurmu? Bir tərəfdə böyük kollektiv, digər tərəfdə ailə və uşaqlar.

-Bu iş nə qədər sevdiyimiz iş olsa da, bir o qədər gərgin və stressli işdir. Kollektivdə çalışan insanlar, onların şəxsi problemləri, gündəlik qayğıları, məişət çətinlikləri gördüyümüz işlərlə bərabər çiynimizdədir. Təbii ki, bunun məsuliyyətini hiss edirəm. Düşünürəm ki, menecerlik, rəhbərlik məsələsində qadın-kişi söhbətini aparmaq həm düzgündür, həm də yox. O baxımdan düzgündür ki, qadınlar kişilərdən daha yaxşı menecerdir. Qadınlar kişilərdən fərqli olaraq, məişət problemlərini, çətinlikləri daha yaxşı və dərin bilirlər. Kollektivimdə çalışan işçilərdən  hansısa problemilə bağlı mənə müraciət edəndə, elə bilirəm ki, mənim problemimdir. Çünki o problemin nədən və nə qədər dərin olduğunu, insanı necə narahat etdiyini çox yaxşı bilirəm. Təbii ki, işin bu tərəfi də çətindir.

-2015-ci ildə ölkədə manatın devalvasiyaya uğraması bütün sahələrdə hiss olunmağa başladı. Belə deyək, iqtisadi və maliyyə problemlərimiz yarandı. Media da bu məsələlərdən yan keçmədi. Bilmək olarmı,  iqtisadi və maliyyə problemlərinin içində böyük kollektivin rəhbəri olaraq hansı çətinliklər yaşadınız?

-Düzdür, son illər maliyyə gəlirləri nəzərəçarpan  dərəcədə azalıb. Bütün sahələrdə olduğu kimi, mediaya da çox təsir edib. Hər birimiz bunu öz həyatımızda, məişətimizdə dərindən hiss edirik. Çox sevinirəm ki, həmkarlarım, mənimlə birgə çalışan jurnalistlər, dostlarım həm də fədakardırlar. Bu gün Azərbaycan reallığında gəlirlərimizın aşağı düşməsinə baxmayaraq, onların hər biri fədakarcasına çalışır və birincilik uğrunda mübarizə aparırlar. Buna görə onların hər birinə təşəkkür edirəm. Həmçinin, hər bir işin yaxşı sonluqla bitəcəyinə hər zaman inanmışam. İndi də  bu çətinliklərin, problemlərin müvəqqəti olması fikrindəyəm. İnanıram ki, bunun da öhdəsindən gələcəyik.

 

Namidə BİNGÖL


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

Prezident Dövlət Komitəsini ləğv etdi
20.04.2018, 19:09

Prezident Dövlət Komitəsini ləğv etdi

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü
20.04.2018, 19:00

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı
20.04.2018, 18:56

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı
20.04.2018, 18:42

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq
20.04.2018, 18:39

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər
20.04.2018, 18:35

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb
20.04.2018, 18:21

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
20.04.2018, 18:17

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”
20.04.2018, 18:06

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

Eldar Mahmudov məhkəməyə verilib
20.04.2018, 17:36

Eldar Mahmudov məhkəməyə verilib

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı
20.04.2018, 17:35

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Kikboksçularımız Londonda yığışır   
20.04.2018, 17:33

Kikboksçularımız Londonda yığışır  

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb
20.04.2018, 17:31

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb

İlham Əliyev yeni metro qatarlarına baxdı - FOTOLAR
20.04.2018, 17:25

İlham Əliyev yeni metro qatarlarına baxdı - FOTOLAR

Manatın üç günlük MƏZƏNNƏSİ
20.04.2018, 17:12

Manatın üç günlük MƏZƏNNƏSİ

Lavrov Türkiyəni ABŞ-a qarşı müdafiə etdi
20.04.2018, 16:58

Lavrov Türkiyəni ABŞ-a qarşı müdafiə etdi

Bakcell əlil uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
20.04.2018, 16:52

Bakcell əlil uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir

“Barselona”nın futbol FƏLSƏFƏSİ: “Més que un club” - Bir klubdan daha böyük...
20.04.2018, 16:40

“Barselona”nın futbol FƏLSƏFƏSİ: “Més que un club” - Bir klubdan daha böyük...

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı MÜSABİQƏSİ
20.04.2018, 16:32

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı MÜSABİQƏSİ

Səudiyyə kralı Prezident İlham Əliyevi təbrik edib
20.04.2018, 16:26

Səudiyyə kralı Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub
20.04.2018, 16:07

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi
20.04.2018, 16:04

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi

Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib
20.04.2018, 16:02

Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib

Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”
20.04.2018, 15:50

Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10%)
İmtahan qiymətləri normalıdr(5%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(75%)
İmtahan qiymətləri azaldılmalıdır(2.5%)
İmtahan qiymətləri artırılmalıdır(7.5%)