Modern.az

Şvarsnegger qayıdır...

Şvarsnegger qayıdır...

5 Aprel 2011, 15:08

Məşhur kino ulduzu Arnold Şvarsnegger kinoya qayıtdığını elan edib. Bu günlərdə bəlli olub ki, aktyor cizgi qəhrəmanı kimi ekrana dönməyi planlaşdırır. Superqəhrəman Qavernator obrazı ilə cizgi filmində əks olunacaq Arnold şərə qarşı mübarizə aparacaq. Cizgi serialının ssenarisi Şvarsneggerin qubernator işlədiyi dövrlərdəki real hadisələrə əsaslanır. Ssenariyə görə, qubernatorluq müddəti başa çatandan sonra Şvarsnegger cinayətkarlıqla mübarizəyə başlayır və “Qavernator” adlı superqəhrəmana çevrilir. Filmdə onun köməkçisi isə kompüteri əla bilən 13 yaşlı yeniyetmədir.

Qeyd edək ki, Kaliforniyada Şvarsneggerin qubernator kimi səlahiyyət müddəti 2011-ci ilin yanvar ayında başa çatıb. 80-ci illərdə çəkildiyi “Kommando”(1985), “Yırtıcı”(1987) və “Terminator” filmləri Arnolda dünya şöhrəti gətirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?