Modern.az

Prezidentliyə keçmiş namizəd Rusiyaya səfir göndərilir

Prezidentliyə keçmiş namizəd Rusiyaya səfir göndərilir

Dünya

2 Mart 2017, 00:19

Yuta ştatının keçmiş qubernatoru Con Hantsman ABŞ-ın Rusiyada səfiri olmaq üçün danışıqlar aparır. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyasındakı mənbələrə istinadən CNN məlumat yayıb.

Onlardan biri bildirir ki, Hantsman ötən həftə bu barədə dövlət katibi Reks Tillerson ilə danışıb və danışıqlar hələ aparılır. Daha bir mənbənin sözlərinə görə, Hantsman bu məsələni prezident Donald Trampın müşavirləri və ola bilsin elə Trampın özü ilə müzakirə edib.

Hantsman 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürülənlərdən biri olub. O, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Çindəki səfiri vəzifəsində, həmçinin ondan əvvəl Sinqapurda səfir işləyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!