29 may 2017, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Modern.az 24 ildən sonra bu şəkildəkiləri tapıb danışdırdı - FOTOLAR - ÖZƏL
Modern.az 24 ildən sonra bu şəkildəkiləri tapıb danışdırdı - FOTOLAR - ÖZƏL
02.03.2017, 11:55

1993-cü ildən bu yana balaca qızcığaz və qucağında bacısı olan bir foto az qala bütün dünyanı dolaşır. Şübhə yoxdur ki, bu şəkil çəkilən zaman bu balaca qızcığaz heç nəyin fərqində deyildi. Tarixə düşəcəyini belə,ağlından keçirmirdi.

Balaca vücudu ilə özünü qoruya bilmək gücündə olmadığı halda bacısını zorla qucağında tutub, sanki ona hamilik edirdi. Çünki ətrafında tanıdığı yox idi. Hamı ona yad idi...

Bəli, 1993-cü ildə Murov dağının ətəyində çəkilmiş bu fotoşəkil uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, rəsmi şəxslər tərəfindən tirajlanır, dünya çapında tanınır.

24 ildən sonra o şəkildəkiləri tapmaq da bir başqa məsələdir. Sən demə, müharibənin bütün ağrı-acısını, qan-qadasının bir anını bu fotoşəkildə donduran gözüyaşlı qızlar  Kəlbəcər sakinləri Həyat və Fatimə bacılarıdır. Onların ağlama səbəbi itirdikləri analarıdır...


Gözüyaşlı halda bacısını sinəsinə basan qız 1980-ci il təvəllüdlü Həyat Fikrət qızı Bayramovadır. Onun qucağındakı qızcığaz isə bacısı 1992-ci il təvəllüdlü Fatimədir. Onlar Kəlbəcərin Yanşaq-Zallar kəndindəndirlər. Həyat Bayramova 1994-cü ildən etibarən Goranboy rayonunun Buzluq kəndində yaşayır. İndi ailəlidir, 2 qızı, 1 oğlu var.

Modern.az saytı uzun axtarışlardan sonra bacıları tapa bildi. Fatimə o qanlı-qadalı günlərdən böyüklərindən eşitdiklərini belə nəql edir:

“Mən həmin vaxt çox kiçik idim. O günü xatırlamıram belə... Amma bacım Həyat və anamın mənə danışdıqlarından həmin gün çox vahiməli an kimi yaddaşıma hopub. Biz ailədə 7 uşaq olmuşuq: 5 bacı və 2 qardaş. Həmin gün ermənilər kəndə bomba atmışdılar, partlayış olmuşdu. Hamımız bir-birimizdən aralı düşmüşdük.

Anam həmin partlayış vaxtı məni, bacılarımı və qardaşımı götürüb kənddən çıxıb. Bizi Murovun ətəyində maşından düşürüb onu gözləməyimizi tapşırır. Özü isə atamı və qardaşım Mehdini axtarmağa gedir. O qaçhaqaçda insanlar sel olub axırdı. Həmin vaxt anam, atamı və qardaşımı tapıb, amma bizi itirib”.

Elə həmin vaxt bacısını bir an belə qucağından yerə qoymayan, gözüyaşlı Həyata bir adam yaxınlaşır:

“Həmin vaxt Həyatla mən, bizimlə gələn bacı-qardaşımızdan ayrı düşmüşdük. Xanların Mollacəlilli kəndindən olan bir nəfər Həyatdan “atan, anan hanı” deyə soruşanda, o, “bilmirəm” cavabını verib. Bundan sonra həmin adam bizi evinə aparmışdı. Səhv etmirəmsə, Saşa və Kolya adında uşaqları var idi”.

 

Həyat xanım isə həmin günü Kəlbəcərin bombardman olunması kimi xatırlayır:

 

“Anam bizi Xanlarda düşürüb qardaşımgili axtarmağa getdi. Həmin foto da orada çəkilib. Amma onun çəkilməsindən mənim xəbərim olmayıb. Xanlardan olan kişi bizi evinə apardığından valideynlərim bizi, biz də onları axtarmışıq. Onun adını xatırlamasam da, yoldaşının adının Yazgül olduğunu bilirəm. Oğlanlarının birinin adı Saşa, o birinin adı Kolya idi. Onların evində 15 gün qalandan sonra valideynlərimiz bizi tapdılar.
Sonralar o şəkilimizi görəndə həmin gün gözümdə canlanırdı. Böyüklərin qışqırtısı, körpələrin ağlayışı hələ də gözümün önündən getmir”.

 

Fatimə Bayramova deyir ki, sonradan ailə Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşıb:


“Biz hamımız Gəncənin Gülüstan qəsəbəsində yaşayırıq. Bacı-qardaşlarımdan ailəli olanı var. Onların da hərəsinin öz evi-eşiyi var. Atam da, anam da işləmirlər, təqaüdçüdürlər. Elə mən özüm də işləmirəm, gündəlik ev qayğıları ilə məşğulam”.

 

Fotoşəklin çəkildiyi vaxt erməni cəlladlarının hansı məkrli oyunlar oynadığından xəbərsiz olan Fatimə doğma Kəlbəcər rayonunu yaddaşına hopdurmadan tərk etdiyinin fərqində belə, deyildi. O hər dəfə bacısı Həyatla olan şəklini televiziyalarda, qəzetlərdə, sosial şəbəkələrdə görəndə qəhərləndiyini deyir





Həyat və Fatimə Bayramovalar 24 ildən sonra


Gülşən RAUFQIZI

 

 


ramiz quliyev
02.03.2017, 02:05

Teshekkur edirik bu yazı üçün. Ürək parçalayan kadrlardır. Bir daha Size minnetdarıq

Hicran Məmmədov
02.03.2017, 06:30

Hörmətli Həyat və Fatimə bacıları. Sizi 1993-cü ildə Xanlar rayonunun Mollacəlilli kəndinə aparan kişi hal-hazırda həmən kənddə yaşayır və adı Nurəddindir.( Onu Niqal deyə şağırırlar)

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

28.05.2017, 23:11

Paytaxtda torpaqlar ucuzlaşır - VİDEO

28.05.2017, 22:52

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağı rəngində

28.05.2017, 22:36

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

28.05.2017, 22:19

“Beşiktaş” çempion oldu

28.05.2017, 22:01

İsraildə minlərlə insan küçələrə axışdı

28.05.2017, 21:44

"Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Madrid prinsipləri təşkil etməlidir" - Alman deputat

28.05.2017, 21:30

Qadın ofisiantlar arasında dava

28.05.2017, 21:16

Rektorla tələbələr arasında gərginlik - VİDEO

28.05.2017, 20:59

Çindən İranın neft-kimya sənayesinə sanksiya

28.05.2017, 20:44

“Rusiya üçün  təhlükə kəsb etmir" - Ceyms Mettis

28.05.2017, 20:28

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28.05.2017, 20:15

Lənkərandakı ağır qəzada yaralananların adları açıqlandı - Yenilənib

28.05.2017, 20:02

ABŞ-da silahlı insident: 8 ölü

28.05.2017, 18:39

Agentlik Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlayıb

28.05.2017, 18:00

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb

28.05.2017, 17:38

Mingəçevirdə 50 yaşlı qadın oğlu tərəfindən qətlə yetirilib

28.05.2017, 17:14

Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

28.05.2017, 16:57

“NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

28.05.2017, 16:53

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib  

28.05.2017, 16:30

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

28.05.2017, 16:18

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28.05.2017, 16:01

“Azərbaycanda heç kim özbaşına ev tikə bilməz”- SƏNƏDSİZ EVLƏR PROBLEMİ

28.05.2017, 15:15

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

ARXİV