Modern.az

“ABŞ Şimali Koreyada çeviriliş hazırlayır”

“ABŞ Şimali Koreyada çeviriliş hazırlayır”

Dünya

2 Mart 2017, 11:39

ABŞ hökuməti Şimali Koreya rejiminə qarşı bir neçə siyasi ssenari hazırlayıb. Modern.az “Wall Street Journal”a istinadən xəbər verir ki, bu variantlar arasında rəsmi Pxenyana qarşı güc tətbiqi və mövcud hərbi-siyasi rejimin devrilməsi də var.

 

“Wall Street Journal”-ın məlumatına görə, 2 həftə əvvəl ABŞ prezidentinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ketlin Makfarlend müxtəlif hakimiyyət nümayəndələri ilə görüş keçirərək onlardan Şimali Koreyaya münasibətdə fikir və təkliflərini dinləyib. Fevralın 28-də Ağ Evə təqdim edilən həmin təkliflər arasında Şimali Koreyanın nüvə dövləti kimi tanınmasından tutumuş hərbi müdaxiləyə qədər müxtəlif variantlara göz gəzdirilib.

 

ABŞ Sakit okean hövzəsindəki əsas müttəfiqləri – Cənubi Koreya və Yaponiya rəsmiləri ilə görüşlərdə də bütün varinatları gözdən keçirdiklərini bildiriblər.

 

Vaşinqtonu ən çox narahat edən məsələ Şimali Koreya rəhbərliyinin kontinentlərarası ballistik raketi sınaqdan keçirmək planlarını açıqlaması olub.

  

Vüqar İSMAYILOV

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir