Modern.az

Qərb Universitetinin tələbələri üçün iş imkanı - FOTO

Qərb Universitetinin tələbələri üçün iş imkanı - FOTO

Aktual

2 Mart 2017, 13:16

Qərb Universiteti “Atəşgah” Sığorta Şirkəti ilə birgə sığorta sahəsində iş imkanları mövzusunda tədbir keçirib.

 

Modern.az xəbər verir ki, Qərb Universitetində keçirilən  görüşdə sığorta şirkətinin nümayəndələri “Sığorta xidmətinin əsasları” mövzusunda universitet tələbələri üçün təqdimat edib.

 

Tədbirdə Azərbaycan sığorta bazarının inkişafı, mövcud problemlər və gələcək perspektivlərə dair müzakirələr aparılıb.

 

Daha sonra şirkətin müxtəlif vakansiyaları barədə tələbələrə məlumat verilib, tələbə və məzunların sığorta sahəsində iş imkanları nəzərdən keçirilib. 

 

Qeyd edək ki, Qərb Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində ardıcıl layihələr, treyninqlər, görüşlər həyata keçirir, tələbələrin istehsalat təcrübələrini aparıcı dövlət və özəl qurumlarda keçməsi təşkil olunur. Ümumilikdə, universitet tələbə və məzunlarının iş dünyası ilə əlaqələrinin sıxlaşdırılmasını təmin edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar