25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Qarabağdan oğurlanıb Amerikada satılan bu xalçaların sahibi axtarılırFOTOLAR
Qarabağdan oğurlanıb Amerikada satılan bu xalçaların sahibi axtarılırFOTOLAR +
02.03.2017, 14:30

Körpə düşüncəmlə xalçaların sehrli olduğuna inanmışdım... Naxışlarını ilmə-ilmə yozurdum. Sonra sehrli xəyallarım pərən-pərən olub, it-bata düşdü... Xalçaları oxumaq məharətimi unutdum...

 

Sən demə, bir xalçanın fəryadına səs verib, onun hekayəsini yazmaq onu oxumaqdan daha müşkül imiş...

 

Xalça üstündə böyümüşəm... Ortası qırmızı güllü, kənarları  yaşıl yarpaqlı... “Çəmənlikdə” yorulanda “döyüş meydanı”na keçirdim – ətrafımda sıra ilə başında dəbilqə, əlində qalxan olan atlılar düzülürdü... “Döyüşçülər” heç vaxt qan tökmürdülər. Xalçada yaşıl və qəhvəyi rənglər üstünlük təşkil edirdi...

 

Bu xalçaların sinəsi nağıllarla dolu idi. Mənə elə gəlirdi ki, indicə uçacaq… Gəlinciyimdən uzaq düşməyim deyə, onu da mütləq xalçanın üzərinə qoyurdum...

 

Ətrafdakı heç nəyi itirəcəyim ağlıma gəlməzdi... Bircə gəlinciyimdən savayı...

 

İllər keçdi... Ağdama bombalar yağanda da şəhərdən qucağımda həmin gəlinciyimlə çıxdım... Mənimki hesab etdiyim hər şeyi tərk edərək...

 

Onlara məxsus olan hər şeylə vidalaşmağa macal tapmadan torpağını tərk etməyə məcbur olan insanların sayı Azərbaycanda bir milyondur... Bu bir milyon sözünü heç sevmirəm. Əhalinin 9 nəfərindən biridir deyə yox, sadəcə, rəqəmlər hadisələri statistikaya çevirib, adiləşdirir... İnsanın aid olduğu, xatirələri ilə bağlandığı məkanı tərk etməyin necə bir ağrı olduğunu heç kim önəmsəmir.

 

Bütün bunları bəstəkar Aygün Səmədzadə “Tut ağacı”nda o qədər möhtəşəm ifadə edib ki... Mahnının notları həyatımızdan salıb itirdiyimiz xatirələrlə tikə-tikə, qram-qram ömür, sevinc, səadət itirdiyimizi izah edir...

 

Ruhumu titrədən bu xəbəri də Aygün Səmədzadədən aldım:

 

- Los-Ancelesdə hərraca bir xalça çıxardılıb. Üzərində azərbaycanca yazı var... Bizimkidir, Vüsalə... Bir erməni satırmış...

 

Aygün xanımdan aldığım məlumatı elə həmin günün axşamı ABŞ-da yaşayan həmyerlimiz İradə həkim bir az da dəqiqləşdirdi:

 

- Xalçanı ailə dostumuz alıb... Xəbər verən kimi gedib baxdıq... Xalçanı açdılar... Qarşısında elə hüznlə dayandıq ki, sanki evə xalça yox, kiminsə nəşini gətirmişdilər... Ürəyimdən ancaq o keçirdi ki, kaş bu ilmələrin dili ola, bizə öz taleyini danışa...

 

- Deməli, bir xalça öz sahibini axtarır...

 

- Bəli, bunun ancaq bir adı var – xalça sahibini axtarır...

 

Xalçanı alan həmyerlimiz Elşad Tahirov Lent.az-a daha ətraflı məlumat verdi:

 

- Xalçaya necə rast gəldiniz?

 

- İstirahət günləri virtual hərraclara göz atıram. Mən xalça sevənəm. Lətif Kərimovun yaradıcılığını bəyənirəm, kitablarından kolleksiya toplayıram. Açığı, hərraclarda da həmişə Azərbaycan, Qarabağ xalçaları yazıb, axtarış verirəm. Bu dəfə də elə etdim. Xalçalara baxırdım ki, gördüm yazılıb “Antik Ermənistan - Qarabağ xalçası”. Diqqətimi çəkdi, açdım... İki xalça çıxardıb hərraca. Xalçaları böyütdüm, gördüm altında kiril əlifbası ilə, azərbaycanca yazı var... “Anasından əbədi yadigar...” Adı və təvəllüdü... Bu, mənə çox pis təsir etdi. Öz-özümə dedim, mən bu xalçaları burada qoymaram. Tez ikisini də aldım... Bu xalçalar iyirmi ildən çoxdur erməni əlindədir, qoy heç olmasa, mən mümkün qədər tez alıb, sahibini axtarıb tapım, göndərim, dedim...

 

- Xalçaların qiymətini bilmək olar?

 

- O qədər də peşəkar toxunmuş xalçalar deyil. Baxan kimi bilinir ki, həvəskar toxuyub. Bu, sadəcə bir ananın övladına öz əlləri ilə hazırladığı hədiyyədir. Üzərində “əbədi yadigar” yazılıb...

 

- Onu qiymətli edən də budur... Hekayəsi...

 

- Bəli, mənim üçün hekayəsi qiymətlidir. Elə ona görə də aldım... Yoxsa xalçanın elə də çox qiyməti yoxdur. Üzərinə “antik” yazılmağına baxmayın, XX əsrə aiddir...

 

- Yenə də neçəyə satdıqlarını bilmək istəyirəm...

 

- Xalçanın birinin qiyməti uzağı 300 dollar olardı, amma hərraca 850 dollara çıxartmışdılar.

 

- Bazarlıq etdiniz?

 

- Yox. Heç dialoqa girmək də istəmədim. Elə hərəsinə 850 dollar ödəyib, aldım. İndi çox istəyirəm ki, xalçanı həqiqi sahiblərinə çatdıram. Ümid edirəm, bu insanlar hələ də sağdırlar. Müharibədə girov, itkin düşməyiblər, şəhid olmayıblar...

 

- Xalçaların ikisində də yazı var?

 

- Yox, cəmi biri yazılıdır. Amma baxan kimi hiss olunur ki, ikisini də eyni adam toxuyub. Açığını desək, xalçanın ikisini də bir evdən...

 

- ...Oğurlayıblar...

 

- Talan ediblər... Bunlar bizi talan ediblər... Sərvətimizi illərdir talayırlar... Ümid edirəm, indi illər sonra xalça öz sahiblərinə qovuşacaq. Mən ikisini də göndərəcəyəm, bəlkə o adamın doğma evindən, keçmişindən heç bir xatirəsi yoxdur, qoy bu xalça ona mənim hədiyyəm olsun...

 

- Siz çox böyük insansınız!

 

- Bu bir azərbaycanlı kimi mənim borcumdur! İstəyirəm ki, bu insanlar öz evlərindən heç olmasa bu yadigarı saxlasınlar. Bu, sıradan bir yadigar deyil, buraya bir ana öz əlləri ilə övladının adını həkk edib... Gözünün işığına gözünün nurunu xərcləyib... “Əbədi yadigar” sözü... Bu sözdən çox sarsıldım... Çox təsirli sözdür... Qismətə bax... Ana o xalçaya “əbədi yadigar” yazanda hardan ağlına gələrdi ki, xalça qarışıq bütün evini, yurdunu, torpağını itirəcək...

 

- Xalçanı satan erməni alıcının azərbaycanlı olduğunu bildi?

 

- Hərracda qayda belədir ki, alıcıya məhsula şərh yazmaq təklif olunur. Mən də neqativ şərh yazdım. Sual belə idi ki, sən bu insanın saytdakı satışını necə qiymətləndirirsən? Cavab yazdım ki, yalançıdır! Satışa çıxartdığı əşyaların adları düzgün qeyd edilməyib...

 

- Təbii, şərtlərə görə oğurluqdur yazmaq olmaz...

 

- Əlbəttə! Qaydalara görə belə yazmağa haqqım yoxdur. Amma bunlar yüz faiz bizim xalçalardır. Mən özüm Qarabağ müharibəsi zamanı səyyar hospitalda çalışmışam...

 

- Aa... Hansı istiqamətdə?

 

- Ağdamda... Mən Biləcəri Dəmiryol Xəstəxanasının reanimasiya şöbəsində anestezioloq işləyirdim. 1992-ci ildə həkim briqadası ilə düz dörd ay Ağdamda işləmişəm...

 

- Artıq şəhər xəstəxanası bombardmanda dağıdılmışdı, yaralılara qatarlarda yardım göstərirdilər...

 

- Bəli! Bax, mən həmin o səyyar qatarlarda işləmişəm. Biz, dörd həkim idik – cərrahımız Rüstəmov idi. Mən, Malik, bir də Rauf Yaradanquliyev... Yaralı döyüşçüləri qatarda qəbul edir, yardım edirdik...

 

- Bu, ən ağır dönəmlər idi...

 

- Bəli. Dörd ay ərzində saysız-hesabsız yaralı gördük... Yardım edir, qanaxmanı saxlayır, yaraları tikirdik... Vəziyyəti ağır olanları şəhərə yollayır, ambulator xəstələri isə 2-3 gün qatarda saxlayırdıq... Müayinə edir, yenidən antibiotik verib, göndərirdik...

 

- Girovluqdan azad edilən xocalıları da səyyar qatarlara gətirirdilər... O vaxt siz Ağdamda idiniz?

 

- Yox, biz onları görməmişik. Bu, bizdən əvvəl olmuşdu. Biz Ağdamın o günlərini gördük ki, qızğın döyüşlər gedirdi... 25 il keçib, hər şey bu gün kimi gözümün önündədir... O torpaq... O insanlar... Məni başa düşürsünüz yəqin... Çox istəyərəm ki, xalçanın həqiqi sahibi tapılsın... Heç ona deməyin, mən kiməm, sadəcə “bir azərbaycanlı alıb” desəniz, kifayətdir... Ümid edirəm, xalçaları toxuyan ana da yaşayır. Əgər yaşayırsa, xalçaları Azərbaycana özüm gətirib onlara təqdim edəcəyəm... 

 

Elşad bəy xalçaların şəklini mənə, mən isə xalçaçı-ekspert, professor, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradova təqdim edirəm. Xalça bilicimiz Qarabağdan Los-Ancelesə gedib çıxan xalçanın hansı bölgəyə aid olduğunu müəyyən edir:

 

- Zəngilan xalçasıdır! Qədim xalça deyil, XX əsrin ortalarına aiddir. Bu xalçadan bütün Qarabağda toxuyublar... Qubadlıda, Ağdamda və s.

 

Dəyərli oxucu! Bu xalçaların həqiqi sahibini tapmaqda bizə dəstək olacağınıza əminəm!

 

Düzdür, uşaqlığımın xalçasına bənzəyir. Amma bu, o  deyil... Naxışlar bütün qarabağlılara tanış gələcək, Vidadi müəllimin dediyi kimi, bu xalçadan bütün Qarabağda toxuyublar...

 

Xalçanın həqiqi sahibi isə onun üzəridəki yazını tamamlaya bilən insandır...

 

Onu tanıyan şəxslərdən Lent.az-ın redaksiyası ilə əlaqə saxlamaqlarını xahiş edirik... Gəlin bu xalçanın hekayəsini birlikdə yazaq...

 

Mən xalçaların sehrli olduğuna yenidən inanmaq istəyirəm...

 

Vüsalə Məmmədova


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tanınmış aparıcıya ağır itki
25.06.2018, 00:46

Tanınmış aparıcıya ağır itki

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü
25.06.2018, 00:27

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi
25.06.2018, 00:06

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...
24.06.2018, 23:46

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”
24.06.2018, 23:29

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB
24.06.2018, 23:11

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi
24.06.2018, 23:03

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi

PJAK-ın hücumunda azərbaycanlı öldü
24.06.2018, 22:34

PJAK-ın hücumunda azərbaycanlı öldü

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB
24.06.2018, 22:21

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Rusiya səmasında meteorit partladı - VİDEO
24.06.2018, 22:11

Rusiya səmasında meteorit partladı - VİDEO

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi
24.06.2018, 21:38

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi

Şəkidə zəlzələ oldu
24.06.2018, 21:17

Şəkidə zəlzələ oldu

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı
24.06.2018, 21:03

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib
24.06.2018, 20:45

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR
24.06.2018, 20:19

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər   
24.06.2018, 20:04

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər  

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı
24.06.2018, 19:41

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.0%)
Braziliya(24.1%)
Almaniya(10.6%)
İngiltərə(2.32%)
Portuqaliya(12.0%)
İspaniya(5.58%)
Fransa(4.65%)
Belçika(2.32%)
Seneqal(3.72%)
Rusiya(22.3%)