29 may 2017, Bazar ertəsi
Ana Səhifə - İQTİSADİYYAT - "Yanacaqdoldurma məntəqələrində nöqsanlar var, amma müdaxilə edə bilmirik" - Dövlət Komitəsi
"Yanacaqdoldurma məntəqələrində nöqsanlar var, amma müdaxilə edə bilmirik" - Dövlət Komitəsi
02.03.2017, 15:12

Bakıdakı yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlar, şikayətlər səngimir. Bu şikayətlər əsasən benzinin keyfiyyətsiz olması və sayğacda göstəriləndən az vurulması ilə bağlı olur. Şikayətlər gündən-günə artsa da, rəsmi qurumlar heç bir tədbir görməyə maraqlı deyillər.


Modern.az  saytı məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Komitənin mətbuat katibi Fazil Talıblı da təsdiqləyib ki, yanacaqdoldurma məntəqəsindəki vəziyyətlə bağlı xeyli narazılıqlar müşahidə edilir.

“Komitənin 963 nömrəli çağrı mərkəzinə yanacaqdoldurma məntəqələri (YDM) ilə bağlı xeyli şikayətlər daxil olur. Bu şikayətlər əsasən yanacağın keyfiyyəti, həcminin maşınların çəninə YDM-in sayğacında göstəriləndən az vurulması və digər neqativ hallarla bağlı olur. Bu gün Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun var. Bu iki il müddəti başa çatmayınca, heç bir yoxlayıcı qurum sahibkarlıq fəaliyyətində yoxlamalar aparmır. Yoxlanmasına icazə verilən sahələr ki var, onları da ölkə rəhbərliyi təsdiq edib. Bu  siyahıda YDM işlədən sahibkarlarla bağlı heç bir məlumat yer tapmayıb. Əslində bu qanun çox inqilabi bir qanundur və sahibkarlıq subyektlərinin inkişafını hədəfləyən, onların fəaliyyət sahəsinin genişləndirilməsinə, bürokratik əngəllərin aradan qaldırılmasına və qeyri-neft sektorunun inkişafı istiqamətindəki siyasətə uyğundur.


Amma sahibkarlar bu qanunvericilik aktlarından öz inkişafları üçün istifadə etməlidirlər. Təəssüf ki, bəzi sahibkarlar şəraitdən sui-istifadə edirlər. Bu şikayətləri araşdırarkən bəlli olur ki, onlar məhz  sui-istifadə hallarına yol verən sahibkarlar tərəfindən atılan addımlardan qaynaqlanır. Ona görə biz təəssüflə qeyd edirik ki, bu barədə açıqlama verə bilmirik.


2018-ci il yanvarın 1-nə qədər qanunun tələbləri qüvvədədir. Amma qanunvericiliyə uyğun olaraq işlər görülür, yanacaqdoldurma məntəqələri işlədən sahibkarlar digər qanunların tələblərinə riayət etməlidirlər, söhbət ölçmələrin vəhdəti haqqında qanundan gedir. Qanuna əsasən, hər YDM istifadə etdiyi ölçmə cihazlarını akkreditasiya olunmuş laboratoriyalarda yoxlatmalı və onların cihazlarının ölçmələrinin dəqiqliyi etalonla tutuşdurulduqdan sonra təsdiq olunma sənədini (şəhadətnamə) əldə edib istismar etməlidirlər.
Yoxlamaların olmamasından istifadə edən bəzi sahibkarlar, adını çəkdiyim qanunun tələblərini icra etməkdən boyun qaçırırlar, belə faktlar da var. Bəzi hallarda plombların qırılması və yanacağın satışı zamanı çəkidə aldatma faktları da komitə tərəfindən aşkar olunub, gələn müraciətlərin araşdırılması zamanı həmin o faktlar, həmin o sənədlər hüquq mühafizə orqanlarına göndərilib. Biz həmin sahibkarları qanunvericiliyə hörmətlə yanaşmağa və əməl etməyə, yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin kalibrlənməsini (işləməsini, dəqiqliyini) yoxlatmağa, özlərinin təşəbbüsü ilə laboratoriyalara müraciət etməyə və daha sonra həmin avadanlıqları istismar etməyə dəvət edirik.

Qaldı ki, yanacağın keyfiyyəti ilə bağlı məsələyə, ölkəmizdə yancaq istehsalı bir zavodda həyata keçirilir və o zavodun istehsal etdiyi yanacağın keyfiyyəti komitənin Sumqayıt şəhərində yerləşən Neft-kimya məhsullarının sınağı laboratoriyasında mütəmadi olaraq arşdırılır, sınaqdan keçirilir. Keyfiyyətində heç bir problem yoxdur. Xaricdən gələn yanacağın da keyfiyyəti eyni dərəcədə laboratoriya şəraitində yoxlanılır və sınaq nəticələrinə əsasən deyə bilərik ki, problem yoxdur.
Ancaq bir zavoddan götürülən yanacağa sonradan yancaqdoldurma məntəqələrində əlavə qatqıların qarışdırılması, digər müdaxilələrin edilməsi, keyfiyyət standartının tələblərinin pozulması kimi addımlar atılması haqda heç nə deyə bilməyəcəyik.  
Çünki bunu da yoxlaya bilmirik.

Yoxlamaların dayandırılması bizim, ümumiyyətlə yoxlayıcı qurumların yoxlama aparmağını məhdudlaşdırır. Bir daha qeyd edirik ki, bu addım təqdirəlayiqdir və bu sahibkarlığın inkişafına birbaşa istiqamətlənən addımdır. Ancaq sahibkarlar da gərək sui-istifadə hallarına yol verməsinlər. Sahibkarları bir daha ölkə rəhbərinin bu cür çağırışlarına adekvat cavab verməyə çağırırıq”.

 

Qafar Ağayev


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 09:45

Xaricdəki tələbəmiz: “Almaniyadakı universitetdə davamiyyət elə də vacib deyil” - MÜSAHİBƏ  

29.05.2017, 09:33

Deputat telekanalları qınadı: “Ramazanda "Babək" filminin nümayişindən təəccübləndim”

29.05.2017, 09:17

Təbii fəlakət 164 nəfərin öülümünə səbəb oldu  

29.05.2017, 09:10

Maşın” realiti-şousu başlayıb - 18 iştirakçının SİYAHISI

29.05.2017, 09:02

Məşhur məşqçi Rusiyadan qovuldu

29.05.2017, 00:43

Ermənistan region üçün ciddi təhlükə mənbəyidir

29.05.2017, 00:28

Kann kinofestivalının qalibi bilindi

29.05.2017, 00:09

Türkiyədə PKK-ya qarşı əməliyyat

28.05.2017, 23:55

Beynəlxalq Türk Akademiyası Azərbaycanı təbrik etdi  

28.05.2017, 23:48

Gəncədə süpürgəçi qadın yol qəzasında öldü

28.05.2017, 23:35

Dolu Qaxda kənd təsərrüfatına ziyan vurdu

28.05.2017, 23:18

General Abbasəli Novruzov kimdir? - Komandan haqda BİLMƏDİKLƏRİMİZ

28.05.2017, 23:11

Paytaxtda torpaqlar ucuzlaşır - VİDEO

28.05.2017, 22:52

Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağı rəngində

28.05.2017, 22:36

İmişlidə ağır qəza: Qardaş və bacı yaralandı

28.05.2017, 22:19

“Beşiktaş” çempion oldu

28.05.2017, 22:01

İsraildə minlərlə insan küçələrə axışdı

28.05.2017, 21:44

"Qarabağ münaqişəsinin nizamlanmasının əsasını Madrid prinsipləri təşkil etməlidir" - Alman deputat

28.05.2017, 21:30

Qadın ofisiantlar arasında dava

28.05.2017, 21:16

Rektorla tələbələr arasında gərginlik - VİDEO

28.05.2017, 20:59

Çindən İranın neft-kimya sənayesinə sanksiya

28.05.2017, 20:44

“Rusiya üçün  təhlükə kəsb etmir" - Ceyms Mettis

28.05.2017, 20:28

Mançesterdəki terrorla bağlı daha bir nəfər saxlanılıb

28.05.2017, 20:15

Lənkərandakı ağır qəzada yaralananların adları açıqlandı - Yenilənib

28.05.2017, 20:02

ABŞ-da silahlı insident: 8 ölü

28.05.2017, 18:39

Agentlik Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlayıb

28.05.2017, 18:00

Çində kişi bıçaqla 6 nəfəri öldürüb, 12 nəfəri isə yaralayıb

28.05.2017, 17:38

Mingəçevirdə 50 yaşlı qadın oğlu tərəfindən qətlə yetirilib

28.05.2017, 17:14

Silahlı Qüvvələrdə Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib - FOTOLAR

28.05.2017, 16:57

“NATO PA-da parlamentariləri Qarabağ münaqişəsi barədə məlumatlandırmağa çalışırıq”

28.05.2017, 16:53

Düşənbədə 28 may – Respublika günü ilə bağlı qəbul keçirilib  

28.05.2017, 16:30

Viləşçayda batan iki nəfərin cəsədi tapılıb - YENİLƏNİB

28.05.2017, 16:18

Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib

28.05.2017, 16:01

“Azərbaycanda heç kim özbaşına ev tikə bilməz”- SƏNƏDSİZ EVLƏR PROBLEMİ

28.05.2017, 15:15

İran prezidentinin birinci müavini Azərbaycanın birinci vitse-prezidentini təbrik edib

ARXİV