Modern.az

Kiyevdə Azərbaycan döyüşçüləri Qran-pridə çıxış ediblər

Kiyevdə Azərbaycan döyüşçüləri Qran-pridə çıxış ediblər

5 Aprel 2011, 16:41

Kiyev şəhərində ilk dəfə keçirilən miks-fayt üzrə klub çempionatına Ukrayna, Rusiya, Belarus və Moldova idmançıları ilə yanaşı, Azərbaycan döyüşçüləri də qatılıb.
"M-1 Ukrayna" beynəlxalq klub Qran-prisi adlanan turnirdə klublar arasında görüşlər 5 ənənəvi çəki dərəcəsində olimpiya sistemi üzrə keçirilib. Ölkəmizin turnirdə iştirak edən döyüşçülərini Azərbaycanda M-1 liqasının prezidenti Kənan Məmmədov müşayiət edib. Gərgin döyüşlərdə  Azərbaycanı təmsil edən "Azeri Fighter" klubu birincilik əldə etməsə də klubun üzvü Bəxtiyar Arzumanovun döyüşü böyük marağa səbəb olub.
Turnirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ukraynadakı Azərbaycan diasporunun fəalları da iştirak ediblər. Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu təşkilatları adından çıxış edən “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatının rəhbəri Hikmət Cavadov xalqlar və dövlətlər arasında qrşılıqlı dostluq əlaqələrinin inkişafında idmanın böyük rol oynadığını söyləyib və turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Turnirin sonunda “Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vüsal Allahverdiyev yüksək döyüş peşəkarlığı nümayiş etdirdiyinə görə həmyerlimiz Bəxtiyar Arzumanova Sporttech mağazalar şəbəkəsindən il ərzində pulsuz idman mallarının alınması üçün sertifikat təqdim edib.


Azər Qardaşlı
Kiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi