25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Turan İmperiyasının tarixi və mahiyyəti - III YAZI
Turan İmperiyasının tarixi və mahiyyəti - III YAZI
02.03.2017, 16:39

Dos., Dr. Faiq Qəzənfəroğlu

 


Bu gün bizim qarşımızda duran əsas məsələ Türk/Turan mədəniyyətinin dünya mədəniyyətləri arasında özünəməxsus yer tutmasını, hətta Sumerdən öncəki mövcudluğunu ortaya qoymaqdır. Əks təqdirdə Türk/Turan mədəniyyətimiz Avropa, Rus, Çin, Hind, İran/Ari, Sami mədəniyyət­ləri içində daha da əriyəcək və özümüzdən tamamilə uzaqlaşacağıq. Bunun gerçəkləşməməsi üçün bütün Türk/Turan xalqlarının Turan/Türk uyğarlığı və Tanrıçılıq fəlsəfəsinə ciddi önəm verməsini vacib sayırıq. Çünki Turan uyğarlığı həm yaxın uzaq Türk-Turan xalqlarını bir araya gətirir, həm də mədəni, tarixi və elmi-fəlsəfi bütövlük yaradır. Ona görə də, “Tufan”dan sonra ortaya çıxmış ikinci Böyük Turan İmperatorluğu dövründə baş verənləri əfsanələrdən təmizləyib elmi obyektivliyə qovuşdurmalıyıq. Özəlliklə, bu dövlətin qurucusu olan oğuzlar, onların başçısı Oğuz Xaqan və onun varisləri haqqındakı biliklərimizi genişləndirməliyik.


Türk-Turan etnoqonik miflərində oğuzlar uğuzlar kimi ifadə olunur və onların uzun sürən hakimiyyətindən söz açılır. Etnoqonik miflərə görə, Azərbay­canın ən qədim insanları – uğuzlar çox uca boylu olmuşlar: «Qabaqlar uğuzlar olublar. Onlar çox hündür imişlər. Hər biri bir çinar kimi. Ona görə indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uğuzdur. El ara­sında deyirlər ki, uğuzlar bizim əcdadlarımız olublar». Deməli, Uğuzlar-Oğuz­lar türklərin ulu əcdadları­dır və Uğuz ilk dəfə təkallahlı din olan Göy-Tanrıçılığı yaymışdır. Başqa bir etnoqonik mifə görə isə, Türk Nuh pey­ğəmbərin yeddi oğlun­dan biri olmuş, uzun müddət bir ada da təkbaşına yaşamışdır. Türkün adadan xilas olma­sında boz qurd mühüm rol oynamışdır.


Oğuz Xaqanla bağlı yaranmış bütün “Oğuznamələr”də də, o, həm Böyük Turan İmperatorluğunun qurucusu, həm də Dünya hakimiyyətini quran ilk hökmdar kimi səciyyələndirilmişdir. Bəzi mənbələr isə Oğuz Xaqanı Alp Ər Tonqa, onu da Avesta və “Şahnamələr”də adı keçən Əfrasiyabla eyniləşdirilər. Eyni zamanda Oğuz Xaqan ya da Alp Ər Tonqa Tufandan sonrakı dövrdə yaşamış Nufun oğlu Yafəsin oğlu Türkün nəvəsidir. Sözükeçən Oğuz Xaqan oğulları Göy Xan, Dəniz Xan, Gün Xan, Ay Xan, Ulduz Xan, Dağ xanla birlikdə Böyük Turan İmperatorluğu qurub, dünya hökmdarı olduqdan sonra dövlətini onlar arasında bölüşdürmüşdür. Bu impertaorluğun başkəndi də Mərv, Bəlx və digər şəhərlər göstərilməkdədir. Eyni zamanda, Oğuz Xaqan bir çox yeni şəhərlərin (Gəncə, Şiz, Qəzvin vəb.) də təməlini qoymuşdur.


Hesab edirik ki, m.ö. IV-II minillərdə Böyük Azərbaycan/Xəzərbaycan ərazilərindəki qədim dövlətlərin əksəriyyəti (Aratta, Subar, Qut, Turuk, Manna və b.) də əsasən Oğuz Xaqanın qurduğu və onun varisləri tərəfindən davam etdirilən Turan İmperiyasının (m.ö. 10-5-ci minilliklər) ya bəylikləri olmuş ya da yarımmüstəqil şəkildə mövcudluqlarını qoruyub saxlamışlar. Turan İmperiyasının təkibinə də Böyük Azərbaycan və ona həmhüdud ərazilərdəki bütün türksoylu xalqlar, yəni Sumerlər, Subarlar, Aratta, Qutlar, Turuklar, Kumanlar, Mannalılar, Kimmerlər, Sakalar, İskitlər, Madaylar, Hunlar, Qıpçaqlar, Qarqarlar, Xəzərlər/Azərlər, Quzlar/Oğuzlar,  Alpanlar/Albanlar və başqaları daxil olmuşlar. Bir sözlə, bizim fikrimizcə, adı çəkilən bu Turan/Türk tayfalarının hamısı Xəzərin az qala bütün ətrafında, yəni Şimali-Şərq, Şərq (Orta Asiya), Şimali-Qərb, Qərb (Böyük Azərbaycan) və Cənub sahillərində yaşayan yerli etnoslar idilər. Deməli, Türklərin/Turanlıların ilk yurdu yalnız Cənubi Azərbaycan deyil, bütövlükdə Böyük Azərbaycan/Xəzərbaycan, yəni Xəzər dənizinin bütün ətrafı olmuşdur.


Əski dövrlərdə olduğu kimi, bu günün özündə də aşağı-yuxarı Xəzər dənizinin bütün ətrafı Türklərin çoxunluqla məskunlaşdığı ərazilər olaraq qalmaqdadır.  Bu anlamda Turanın mərkəzinin Azər­bay­can olması, eyni zamanda ilk qüdrətli Turan dövlətinin başçılarından biri olan Alp Ər Tonqanın Azərbaycanda da bir çox şəhəri bina etdirməsiylə bağlı əfsanələrin olması təbiidir. Bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turan xaqanı Alp Ər Tonqa olub. Firdovsiyə görə, onu iranlılar Bərdə bölgəsindəki qalasında öldürüblər ki, bunu Təbəri də yazır. Təbəri Alp Ər Tonqanın ilk ari-türk əlaqələri dövründə m.ö. 13-12-ci əsrlərdə, Musa peygəmbərin zamanında yaşamasını güman edir.


Bu o deməkdir ki, Türklərin Xəzər dənizinin bütün ətrafında yerli ya da “gəlmə” olmasıyla bağlı məsələ, yalnız Azərbaycan türklərinin problemi deyildir. Zatən, Turan İmperiyasının nüvəsi olan türklərdən bir hissəsinin sonralar daha çox “Azərbaycan türkləri” kimi tanınması onların xəzər/azər/kaz/quz adlarını daşımasıyla bağlıdır. Bu günə qədər Xəzər dənizinə onlarla adlar verilmişdir ki, ancaq onlar arasında Xəzər, Türk, Quz, Kaspi, Quz, Oğuz kimi adların önə çıxmışdır. Deməli, Xəzər dənizinə verilən adlarla, onun hər iki sahilinə verilən yer adları Azərbaycan, Xəzər/Xəzərbaycan, Qazaxıstan, Oğuz, Türkmənistan bir-birini tamamlamışdır. Bu anlamda Xəzər dənizinin bütün ətrafında yaşayan türkləri dar anlamda birləşdirən Azərbaycan/Xəzərbaycan, Qazax Eli, Türkmen Eli, Oğuz Eli, Qıpçaq Eli geniş anlamda isə Turan İmperiyası olmuşdur. Bu anlamda sonralar və hazırda Azərbaycan türklərinin Oğuzların/Xəzərlərin davamçısı kimi “Azərbaycan”/“Xəzərbaycan” kəlimələriylə yanaşı Turan ülküsünə sahib çıxmaları təbiidir. Vaxtilə Yaqut əl-Həməvi də Azərbaycan sözünün kökündəki “azər” kəliməsinin “xəzər” sözüylə eyni mənalılığından bəhs etmişdir. Türkmənistan türkmənləri indinin özündə də Xəzərbecan, Xəzərbaycan ifadələrini işlədirlər ki, deməli, bütün zamanlarda azər və xəzər sözləri eyni mənanı, türklüyü və turanlılığı ifadə etmişdir. Eyni zamanda, mən də dəyərli alimimiz Firudin Ağasıoğlu kimi o fikirdəyəm ki, Oğuzlar, Xəzərlər/Azərlər ölkəsi anlamına gələn Azərbaycan və Xəzərbaycan kəlimələrinin Strabonun irəli sürdüyü Atropatena, Aturpatakan anlayışılarına heç bir aidliyi yoxdur. Başqa sözlə, iranlıların/arilərin oda sitayişdən dolayı bu əraziləri “odlar ölkəsi”, “od tanrısının yeri”, “od evi”, “od qoruyucusu”, “odla abadlaşdırılmı ölkə” adlandırması bir şey, turanlıların/türklərin isə milli kimlikləriylə bağlı yaşadıqları coğrafiyaya “xəzərlər/azərlər ölkəsi”, “oğuzlar ölkəsi”, “türklər/turanlılar ölkəsi”, “bayların uca yeri” adlandırması tamam bağqa şeydir.


Beləliklə, demək istədiyimiz odur ki, Azərbaycan türk alimləri Ön Asiyada, Orta Asiyada, Kiçik Asiyada türklərin yerli olması məsələsini ortaya qoymaqla dar anlamda Azərbaycan türklyünü, geniş anlamda isə Turan türklüyünü müdafiə etmiş olurlar. Türklərin Ön Asiyaya və ona həmhüdud ərazilərə “gəlmə” xalq olması nəzəriyyəsinin puçluğunun ortaya çıxarılması, yalnız Azərbaycan türkləri deyil, onun Qərbində olan Anadolu türkləri və Şərqində olan Türküstan türkləri qədər eyni dərəcədə önəmlidir. Ona görə də, Qərb ideoloqlarının bütün uydurmalarına baxmayaraq, bunun təsirindən az-çox kənarda qalan Türk və əcnəbi alimlərdən Rza Nur, M.Ə.Rəsulzadə, N.Qrablis, Hommel, Oppert, Says, M.H.Vəliyev, Ziya Bünyadov, Yusif Yusifov, Osman Tuna, Tofiq Hacıyev, Murad Adcı, Firudin Ağasıoğlu və başqalarının Türklərin/Turanlıların yalnız Ön Asiyaya deyil, Kiçik Asiyaya da guya “gəlmə” xalq olması nəzəriyyəsinə qarşı çıxaraq, bu ərazilərin yerli əhalisi olması müddəasını dəstəkləmələrini çox vacib hesab edirik. Bu baxımdan Böyük Azərbaycan, Türkiyə, Türküstan alimləri arasında məhdud türklükdən deyil, Turan türklüyü kimi geniş anlamdan çıxış edilib Ön Asiya və Kiçik Asiyada Türklərin “gəlmə” deyil, yerli olması nəzəriyyəsini dəsətəkləyənlərin  sayının artılması da diqqətçəkicidir. Əgər əvvəllər Qərb alimlərinin təzyiqi, təsiri altında Türk alimlərinin çoxu Türklərin hətta, iranlılardan sonra ya da onlarla birlikdə Ön Asiyaya, Kiçik Asiyaya gəlməsi fikrini müdafiə edirdilərsə, əsil həqiqətlər gün işığına çıxdıqca artıq durum xeyli dərəcədə dəyişməkdədir.


Hələ, 19-20-ci əsrlərdə Azərbaycan Türkçülüyü ideyası qədər Turan türkçülüyü ideyasını ən çox müdafiə edənlər Azərbaycan türk aydınları olmuşdur. Azərbaycan türk aydınları (A.A.Bakıxanov, M.Kazımbəy, H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Cənnəti, R.Nur, Ə.Müznib, Y.V.Çəmənzəminli, M.Ə.Rəsulzadə və b.) Türkçülüklə yanaşı Turançılığı da müdafiə edərkən onun bütün sahələrdə dar mənada anlaşılmamasına əsas tutmuşlar. Məhz onların sayəsində də Türkçülük yalnız milliyyətçilik kimi bir mənadan çıxaraq elmi mahiyyətdə qazanmışdır. Məsələn, Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” (1905) əsərində Türkçülükdən daha çox Turançılığı önə çəkmiş, “Turan xalqları”, “Turan dilləri”, “Turan irqi” nəzəriyyəsini müdafiə etmişdir. Birbaşa olmasa da, Hüseynzadə müstəqim şəkildə Turan ellərində yaşayan millətlərin yerli olması nəzəriyyəsini müdafiə etmiş, buna uyğun olaraq da Türklərin arilərdən öncə sami xalqlarıyla münasibətlərinə diqqəti çəkmişdir. O, “Siyasəti-Fürusət” əsərində də yazırdı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olublar. Eyni müddəaları 20-ci əsrin əvvəllərində bu və ya başqa formada N.Marr, M.Ə.Rəsulzadə, M.H.Baharlı və başqaları da dəstəkləmişlər (bunu ayrıca olaraq təhlil etmişik).


Ancaq Sovetlər Birliyi dövründə, özəlliklə 1930-cu illərin sonlarında başlayaraq yenidən türklərin Ön Asiyaya “gəlmə” xalq olması məsələsi gündəmə gətirilmişdi. Həmin yanlış nəzəriyyənin təbliğatçıları olan İ.M.Dyakonov, İ.Əliyev, S.Qaşqay,Q.Melikişvili, E.Qrantovski, S.Ə.Kəsrəvi, V.Bartold, S.Qasımova, Ə.S.Sumbatzadəkimi Qərb ideologiyasına (“Avropa mərkəzçi”liyə) xidmət edənləriniddia etmələri ki, m.ö. III-I minilliklərdə Ön Asiya, o cümlədən qədim Azərbaycan ərazisində ya­şa­mış yerli tayfalar – kutilər, lullubilər, turukkilər, nikimixlər, uruatrilər, sular, kaşşu, manna və di­gər­ləri dil, etnik-mədəni cəhətdən ya Qafqaz-hürri, Zaqroş-Elam dilləri qrupuna aiddirlər ya da onlardan bəzilərinin etnik kökü bəlli deyildir, ən əsası onların türklərə heç bir dəxli yoxdur, bütün bunlar təsadüfi olmamışdır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tanınmış aparıcıya ağır itki
25.06.2018, 00:46

Tanınmış aparıcıya ağır itki

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü
25.06.2018, 00:27

Maşını aşan qohumuna köməyə gələn sürücü piyadanı vurub öldürdü

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi
25.06.2018, 00:06

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...
24.06.2018, 23:46

Ərdoğan rəqiblərinə səsləndi: Heç kim məğlubiyyətini ...

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”
24.06.2018, 23:29

İlham Əliyev: “Azərbaycan-Türkiyə dostluğu strateji tərəfdaşlığın ən yüksək səviyyəsindədir”

Parlament seçkilərində səslərin 91 faizi sayılıb:  “Cümhur ittifaqı”  54,06 faiz səs alıb - YENİLƏNİB
24.06.2018, 23:11

Parlament seçkilərində səslərin 91 faizi sayılıb: “Cümhur ittifaqı” 54,06 faiz səs alıb - YENİLƏNİB

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi
24.06.2018, 23:03

Dövlət Baxçalı da Ərdoğanı təbrik etdi

PJAK-ın hücumunda azərbaycanlı öldü
24.06.2018, 22:34

PJAK-ın hücumunda azərbaycanlı öldü

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB
24.06.2018, 22:21

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Rusiya səmasında meteorit partladı - VİDEO
24.06.2018, 22:11

Rusiya səmasında meteorit partladı - VİDEO

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi
24.06.2018, 21:38

İlham Əliyev Ərdoğanı qələbəyə görə təbrik etdi

Şəkidə zəlzələ oldu
24.06.2018, 21:17

Şəkidə zəlzələ oldu

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı
24.06.2018, 21:03

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib
24.06.2018, 20:45

Gürcüstanda 100-ə yaxın insan zəhərlənib

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR
24.06.2018, 20:19

Elmira Axundova Masallıda seçicilərlə görüşüb - FOTOLAR

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər   
24.06.2018, 20:04

Dünya Çempionatı-2018: İngilislər Panamanı darmadağın etdilər  

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı
24.06.2018, 19:41

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb
24.06.2018, 18:38

Xaçmazda  5 hektar biçilməmiş taxıl sahəsi yanıb

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR
24.06.2018, 18:24

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır
24.06.2018, 18:03

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər
24.06.2018, 17:30

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi
24.06.2018, 17:20

Rusiya Dövlət Dumasının sədri Bakıya gəldi

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib
24.06.2018, 16:56

Baş nazir kreslosunu hərraca çıxardacağına vəd verib

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək
24.06.2018, 15:59

Rusiya və ABŞ prezidentləri iyulun 15-də Vyanada görüşəcək

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”
24.06.2018, 15:33

Türkiyədə seçkiləri müşahidə edən azərbaycanlı deputat: “...qanun pozuntusu yoxdur”

Ərdoğan səsvermədə iştirak etdi
24.06.2018, 15:30

Ərdoğan səsvermədə iştirak etdi

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar
24.06.2018, 14:50

İran Azərbaycan münasibətlərini kimlər və niyə pozur – Sensasion faktlar

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib
24.06.2018, 14:40

Prezident Yavər Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək
24.06.2018, 14:28

Sabahın HAVASI: temperatur 38 dərəcəyə yüksələcək

Goranboyda maşın aşdı: xəsarət alanlar var
24.06.2018, 14:24

Goranboyda maşın aşdı: xəsarət alanlar var

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı
24.06.2018, 13:15

Xırdalanda evdə yanğın: 3 azyaşlı yanıq xəsarətləri aldı

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR
24.06.2018, 13:03

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOLAR

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir
24.06.2018, 12:52

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”
24.06.2018, 12:27

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(12.0%)
Braziliya(24.1%)
Almaniya(10.6%)
İngiltərə(2.32%)
Portuqaliya(12.0%)
İspaniya(5.58%)
Fransa(4.65%)
Belçika(2.32%)
Seneqal(3.72%)
Rusiya(22.3%)