Modern.az

Iranlı deputatlar Milli Məclisdə olublar

Iranlı deputatlar Milli Məclisdə olublar

Parlament

9 Noyabr 2009, 16:29

Noyabrın 9-da Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri  ölkəmizdə səfərdə olan İran İslam Cümhuriyyəti İslam Şurası Məclisinin  Sosial  məsələlər  komissiyasının  sədri Süleyman Cəfərzadənin  başçılıq  etdiyi  nümayəndə  heyəti  ilə  görüşüblər. İran parlament nümayəndə heyətinin  üzvləri Milli Məclisin iclas zalı, yeni tikilmiş korpusu ilə tanış olublar, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Milli Məclisin Mətbiat xidmətindən verilən məlumata görə, komitə sədri Hadi  Rəcəbli parlamentin qanunvericilik bazası,  rəhbərlik etdiyi komitənin  fəaliyyəti,  qanun  yaradıcılığı prosesi, demokratik  dövlət  quruculuğu, azad vətəndaş cəmiyyəti, insan  hüquqlarının  qorunması, söz  və mətbuat  azadlığı  barədə qonaqlara ətraflı  məlumat verib.  O, İranla Azərbaycan arasında iqtisadi, humanitar və parlamentlərarası  əlaqələrin  çox yüksək səviyyədə  olduğunu  vurğuladı, hər iki ölkənin  parlamentlərarası  dostluq  qruplarının  səmərəli  fəaliyyətindən  söhbət  açıb. Qeyd  olunub ki, bu cür səfərlər təkcə qanunverici orqanlar arasında deyil, ölkələrimiz arasında da münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.
Süleyman  Cəfərzadə qonaqpərvərliyə və ətraflı məlumata  görə  minnətdarlığını  bildirib. O da, öz  növbəsində  İran  parlamentinin  strukturu,  qanunvericilik  bazası  barədə  məlumatları  diqqətə  çatdırıb.  Müvafiq parlament komitələrinin qarşılıqlı fəaliyyətinin, təcrübə  mübadiləsinin  əhəmiyyətindən söhbət  açıb. Qonaq  bildirib ki, İran yaxın qonşusu olan  Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. O, deyib ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Görüşdə ölkəmizdə sosial sahənin inkişaf perspektivləri, iqtisadi infrastrukturun möhkəmləndirilməsi, ünvanlı  sosial  sığorta  yardımı və digər  məsələlər barəsində geniş fikir mübadiləsi  aparılıb.      
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi