Modern.az

Azərbaycanlı gənclər türkiyəli gənclərlə görüşdülər

Azərbaycanlı gənclər türkiyəli gənclərlə görüşdülər

5 Aprel 2011, 17:55


Türkiyədən bir qrup gənc Azərbaycana səfər edib. Türkiyə ilə Azərbaycan arasında hökumətlərarası müqaviləyə əsasən Azərbaycan tərəfdən Gənclər və İdman Nazirliyi, Türkiyə tərəfdən isə Başbakanlıq yanında Gənclər və Spor Genəl müdürlüyü  qarşılıqlı tanışlıq səfərləri təşkil edirlər.
Türkiyəli gənclər bu gün Gənclər Təşkilatları Milli Şurasının qərargahında tanışlıq xarakterli görüş keçiriblər. Görüşün keçirilməsində əsas məqsəd Azərbaycanlı gənclərlə türkiyəli gənclərin qarşılıqlı layihələrdə iştirakının müzakirə edilməsidir. Həmçinin hər iki ölkədə gənclər sektorunda fəaliyyət göstərən qurumlar arasında əlaqələrin qurulmasına nail olmaqdır.

Milli Şuranın sədri, millət vəkili Fuad Muradov təşkilat haqqında qonaqlara məlumat verib. Bildirib ki, Azərbaycan gənclər təşkilatlarını birləşdirən qurum dövlət gənclər siyasətinə dəstək rolunu oynayır. Türkiyə ilə Azərbaycan arasında bütün əlaqələrin yüksək səviyyədə olduğunu bildirən F. Muradov gənclər sektorları arasında əlaqələrin genişləndirilməsinin vacib amil olduğunu diqqətə çatdırıb.

Türkiyəli qonaqlar görüşdən məmnun olduqlarını ifadə ediblər. Bildirilib ki, Türkiyədə Milli Şura kimi bir təşkilat olmasa da, müxtəlif gənclər təşkilatları fəaliyyət göstərir. Azərbaycan gənclər təşkilatları ilə ikitərəfli əlaqələrin qurulması, müxtəlif mövzularda fikir mübadiləsinin vacib amil olduğunu nəzərə alaraq bu səfər gerçəkləşib.

Görüşdə iki ölkə gəncləri arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq səviyyədə keçirilən görüşlərdə ümummilli məsələlərdə hər iki ölkə gənclərinin bir-birinə dəstək göstərməsi məsələsi ortaya qoyulub. Hər iki ölkənin gənclər istiqamətində gördüyü işlər, hazırkı durum və gələcək layihələr müzakirə edilib.




Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı