Modern.az

“NAZ-Lifan"a sifarişlər DAYANDI

“NAZ-Lifan

İqtisadiyyat

3 Mart 2017, 16:05

“İl başlayandan cəmi 3 avtomobil satmışıq”. Bu haqda Modern.az-a Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev məlumat verib.


Direktor bildirib ki, hələlik zavodda iş getmir:

“Sifariş verdiyimiz 30 ədəd “620” modelindən olan avtomobillər hazırda İrandadır, bir həftə sonra Azərbaycanda olacaq. Bir həftə sonra yenidən işə başlayacağıq. Doğrudur, əvvəlki illə müqayisədə sifarişlərimiz azdır, amma biz yenə də var gücümüzlə işləyəcəyik. Gətirilən avtomobillər sifariş deyil. Bu avtomobillər həm dövlət təşkilatları, həm də vətəndaşlar üçün nəzərdə tutulub. Biz istəyirik ki, zavodda bütün növ avtomobillərdən olsun ki, hansısa qurum sifariş verəndə, onları dərhal təmin edə bilək. Hələlik sifarişlərimiz dayanıb”.

 

M.Abdullayev qeyd edib ki, daha sonra 20 ədəd “NAZ-Lifan X50” və 20 ədəd X60 (SUV), 20 ədəd də ticarət üçün yük avtomobilləri gətiriləcək:

Direktor dolların məzənnəsinin qiymətlərə təsir etmədiyini açıqlayıb:

“Hazırda dolların məzənnəsi nisbətən stabilləşib. Ona görə də qiymətlərdə dəyişiklik etməyi düşünmürük. Ümumilikdə, “NAZ-lifan” avtomobillərinin qiyməti 11 min manatdan 33500 manat arasında dəyişir. Ən bahalı model NAZ-Lifan  “820”-dir”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?