Modern.az

Mətbuat Şurasının icraçı katibi istefa verdi

Mətbuat Şurasının icraçı katibi istefa verdi

Media

3 Mart 2017, 17:50

Mətbuat Şurası İdarə Heyətinin bugünkü iclasında bildirilib ki, qurumun  icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur.

Modern.az xəbər verir ki, MŞ sədri Ə.Amaşov R.Hüseynzadənin Şuranın formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açıb. O bildirib ki, R.Hüseynzadə 1958-1968-ci illlərdə Gəncə şəhər 5 saylı orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini, 1983-cü ildə Ali İdarəetmə Akademiyasını (keçmiş Ali Partiya Məktəbi) bitirib. Uzun müddət jurnalistika sahəsində çalışıb. Həmçinin dövlət qurumlarında da yüksək vəzifələr tutub.

 

Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfə verib. MŞ-nin hazırkı statusunun əldə edilməsində veteran jurnalistin böyük əməyi var. Bütün bunlara görə Ə.Amaşov R.Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib.

 

R.Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R.Hüseynzadə həmçinin artıq təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İH üzvləri istefanı qəbul ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir