Modern.az

Türkiyə və Almaniya XİN rəhbərləri problemləri müzakirə edib

Türkiyə və Almaniya XİN rəhbərləri problemləri müzakirə edib

Dünya

3 Mart 2017, 21:02

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlut Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, telelfon danışığında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib. Telefon danışığı alman tərəfinin təşəbbüsü ilə keçirilib. Çavuşoğlu və Qabriel Almaniyada martın 8-də görüşmək barədə razılığa gəliblər.

M.Çavuşoğlu Almaniya ilə Türkiyə arasında yaşanan diplomatik problemdən narahatlığını səsləndirib.

 

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə Almaniyada keçiriləcək tədbirə alman tərəfi icazə verməmişdi. Bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu. Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılmışdı. Eləcə də Türkiyənin bir neçə naziri Almaniyaya planlaşdırılan səfərlərindən imtina etmişdilər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı