Modern.az

Türkiyə “Bakı-Tbilisi-Qars” dəmiryolunun Pakistanadək uzadılmasını təklif edir

Türkiyə “Bakı-Tbilisi-Qars” dəmiryolunun Pakistanadək uzadılmasını təklif edir

Dünya

3 Mart 2017, 21:14

"Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatır". Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

Onun sözlərinə görə, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması artıq başa çatır: "Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Bu məsələ bir neçə gün əvvəl İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin sammit çərçivəsində keçirdiyi görüşlərdə bütün 10 ölkənin liderləri Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan dəmiryolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər".

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir