20 yanvar 2018, Şənbə
Ana Səhifə - REPORTAJ - Evini oğluna verib küçə süpürən ananın ARZULARI
Evini oğluna verib küçə süpürən ananın ARZULARI
03.03.2017, 21:46

Deyirlər həyatın çətinliklərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.  Hər şey insan övladının  ilk başlanğıcdan yaşadıqları kiçik  mağaraları qadınlara etibar etməyi ilə başladı. Ana olmaq bacarığı ilə cəmiyyətə yeni həyat bəxş etməyi bacaran qadının ailə dəyərlərinin qorunub saxlanmasında, sosial mühütin inkişafında əvəzsiz rol oynadığını qeyd etsək yanılmarıq. Bu arada məşhur şairimiz Hüseyn Cavidin “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” sözlərini xatırlamaq yerinə düşər.

Bildiyimiz kimi bir neçə gün sonra artıq cəmiyyətimizdə özünəməxsus yer alan xanımları həyatımızda var olduqlarına görə müxtəlif cür təbriklər eşidəcəklər. Ancaq elə xanımlarımız var ki, onların bir qismi cəmiyyətə ünsiyyətdə qapalı insanlardır. Hətta onların bəziləri bu kimi təbrikləri, xoş sözləri eşitmək üçün diqqətdən uzaq qalırlar. Yəqin ki, hər birimiz parkda, küçələrdə üzlərini gözlərinə qədər bağlayaraq təmizlik işləri aparan qadınlarla rastlaşırıq. Özlərinin də qeyd etdiyinə görə, ətrafdan lazımi diqqəti, düzgün münasibəti görmədiklərinə görə həmin xanımlar qapanaraq gizlənməyə çalışırlar. Modern.az olaraq bu bayram günlərində həmin xanımları da xatırlamağı özümüzə borc bildik.

Onları çox axtarmaq lazım gəlmədi. Şəhərdə yerləşən parklardan birinə yolLandıq və iş başında olan, gözlərinə qədər üzünü bağlayan işçilərdən biri diqqətimizi çəkdi. Adını açıqlamaq istəməyən xanım müsahibimizlə belə bir dialoqumuz alındı:

-Yorulmayasız.

- Çox sağ ol qızım.

- Olar mən də süpürüm?

- Kim sən? Yox, bala, sənlik deyil bu iş. Cavan qızsan..

 - Sizdə cavan görünürsüz.

 - Başını aşağı salıb gülür...

- Sizdə cavan işçilər yoxdur?

- Demək olar hamısı yaşlıdı. Sənin kimi hamıya asan gəlir. Amma süpürgə əlində tutmaq asan deyil ha (gülür)! Biraz işləyəndən sonra qaçıb gedirlər.

 - Niyə asan deyil? Ağır olduğuna görə deyirsiniz, yoxsa başqa səbəb var?

- Ağır olmağına ağır deyil, quş kimidi. O vaxtlar qaynananalar gələcək gəlinləri sınamaq üçün toyun səhəri günü həyəti süpürməyə qalın saplı süpürgə verərdilər. Özü də sapı heyva ağacından düzəldirdilər, elə olurdu ki, adamın əli qabar olurdu. İndikilər nədi ki..

 - Bəs niyə dediniz cavanlar qaçıb gedir?

 - Cavanlar iş tapmırlar məcbur olub gəlirlər. Başa salırıq, bilməyənləri öyrədirik. Amma biraz işləyib küçədə, parkda insanların münasibətinə səbr edə bilmiyib çıxıb gedirlər.

 - İnsanlar necə münasibət göstərir ki?

- Nə bilim, eləsi olur zibilləri götürüb qarşımıza atır. Daha çox görürük ki, siqarət qutularını, su qablarını maşından bayıra tullayırlar. Hələ bu azmış kimi məsxərəyə qoyanlar da olur. Buna görədə bu işlə təzə məşğul olmağa başlayan cavanlar dözə bilməyib qaçıb gedirlər. Amma məcburiyyətdən dayanıb qalanlar da var. Tək- tük halda olur.

- Bəs siz belə vəziyyətlərdə neyləyirsiniz?

- Mən artıq öyrəşmişəm. 12 ildir bu işlə məşğulam, mənim üçün adiləşib. Təzə başlayanda adama belə şeylər pis təsir edirdi. Amma çalışıram fikir verməyim. Bəlkə də onlar haqqlıdır. İnsan gərək zamanında öz gələcək həyatının düzgün planın qursun ki, sonradan belə yarı ac, yarı tox yaşamağa məcbur olmasın.

- Deyəsən, siz də aldığınız maaşdan razı deyilsiz..

 - Belə baxanda kim razıdı ki? Şükürlər olsun, acından ölmürük, bir təhər yaşayırıq. Amma hər şey o qədər bahalaşıb ki, maaş alırıq o biri ayı heç yarıya çatdırmamış nisyələr yığılır (gülür) . Sağ olsunlar mağazalarda da hörmət edirlər. Deməli, təxminən 4-5 il əvvəl Yasamal tərəflərdə işləyirdim. Maaşlarımız gecikirdi. Həmişə alver elediyim mağaza var idi. Mağaza sahibindən xahiş elədim borcumu sildi. Əvəzində onun mağazasın bir neçə gün səhər tezdən gəlib silib təmizlədim. Sonra məni göndərdilər burda işləməyə. Elə yaxşı oldu ki, bura gəlməyim. Burada özümə rəfiqələr də tapdım. Əvvəllər tək yaşıyırdım. Burada işə başlayandan sonra elə 3-4 işçi yığışıb iş yoldaşım Tanyanın evində qalırıq. Tanya Moskvadan bura ərə gəlib. Əri öləndən sonra uşaqları da onu atıb gediblər rayonlarına.

 - Bəs sizin ailəniz hardadı?

 - Mənim ailəm?... ( bir az fikirə gedir) Oğlumun bir yaşı olanda yoldaşım qəzaya düşdü. Bir təhər oğlumu böyütdüm, oxutdurdum. İndi ailəlidir. İki qızı var. Evi verdim onlara rahat yaşasınlar.

 - Bəs oğlunuz soruşmur harda yaşayırsız?

 - Oğluma demişəm rəfiqəmlə qalıram. Narahat olmasın. Onun o qədər işləri olur ki, elə olur evinə aylarla gələ bilmir, işdən buraxmırlar. Ayda bir dəfə qonaq gedirəm onlara.

 - Bəs siz gündə neçə saat işləyirsiz?

- Bizdə növbəli işdir. Səhər tezdən axşama qədər işləyirik. Hərəyə təmizləmək üçün yer ayrılır. Elə olur kimsə xəstələnib gələ bilməyəndə onu da əvəz edirik. Küçələrdə, parkda zibil az atılanda bizim də işimiz yüngül olur.

- Elə gün heç olub ki zibil olmasın?

- Elə olsa möcüzə olar (gülür). Belə baxanda bu bizim işimizdi. Biz yollara tökülən zibillərin olmaması üçün çalışırıq. İnsan yaşayışı olan yerlərdə zibil olmağı normaldı. Amma konfeti yeyib kağızını zibilqabının yanına atmaq yaxşı hərəkət deyil. Belə etməsələr yaxşı olar.

- İnsanlara başqa nələri demək istərdiniz?

- Əvvəla bizə normal münasibət göstərsinlər. Çünkü biz öz işimizlə məşğul oluruq. Maşınlardan çölə siqarət qabı, su şüşəsi, saqqız atmasınlar. Parklara tum çırtdayıb tökməsələr yaxşı olar. Nə bilim o qədər söz demək olar. Yaxşı yadıma düşdü. Parkda təzə əkdiyimiz ağacları, gülləri tapdamasınlar. Uşaqlarına da  bunu öyrətsinlər. Onlara pul xərclənir. Həm də yaşıllıq, təbiət gözəllikdi, təmiz havadı. Niyə də olmasın? Bu həyatda əsas can sağlığıdı. Canımızı qorumalıyıq.

Müsahibimdən sağollaşıb ayrıldıqdan sonra yenidən üzünü gözlərinə qədər bağlayıb işinə davam etdiyini müşahidə etdim. Cəmiyyətimizin bu cür əziyyət sahiblərinə qarşı münasibətində çatışmazlıqlar hələ də qalır. Sonda qeyd edək ki, özü ilə bağlı hər hansı fotonun xəbərdə yerləşdirilməsinə razı olmadığına görə müsahibimizin fotosunu vermirik. Amma müsahibimizin işlədiyi ərazidəki parkda çəkdiyimiz bu şəkli sizlərə təqdim edərək onlara işlərində dəstək olmağa dəvət edirik.

 

 

 

 Aidə İSAQ


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəhriyar Məmmədyarov  vahid liderdir
20.01.2018, 00:53

Şəhriyar Məmmədyarov  vahid liderdir

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb
20.01.2018, 00:35

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu
20.01.2018, 00:20

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır
20.01.2018, 00:06

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video
19.01.2018, 23:54

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
19.01.2018, 23:43

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19.01.2018, 23:26

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018, 23:09

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ
19.01.2018, 23:04

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Mahaçqala meri saxlanıldı
19.01.2018, 22:58

Mahaçqala meri saxlanıldı

Moskvada azərbaycanlı jurnalist vəfat edib
19.01.2018, 22:46

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu
19.01.2018, 22:37

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Danimarkada
19.01.2018, 22:20

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib
19.01.2018, 22:06

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar
19.01.2018, 21:53

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

Meksikada güclü zəlzələ
19.01.2018, 21:39

Meksikada güclü zəlzələ

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb
19.01.2018, 21:26

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb

Votsapdan daha bir yenilik
19.01.2018, 21:12

Votsapdan daha bir yenilik

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ
19.01.2018, 20:57

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir
19.01.2018, 20:30

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb
19.01.2018, 20:16

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı
19.01.2018, 20:03

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır
19.01.2018, 19:51

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
19.01.2018, 18:53

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir
19.01.2018, 18:35

Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir

Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb
19.01.2018, 18:23

Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrıldı
19.01.2018, 18:12

Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrıldı

Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM: viza prosedurları sadələşdirilir
19.01.2018, 17:59

Prezidentdən Formula 1-lə bağlı SƏRƏNCAM: viza prosedurları sadələşdirilir

Şəhid olan əsgər Neftçalada dəfn ediləcək
19.01.2018, 17:43

Şəhid olan əsgər Neftçalada dəfn ediləcək

Azərbaycan Rusiyadan hərbi texnika aldı - VİDEO
19.01.2018, 17:41

Azərbaycan Rusiyadan hərbi texnika aldı - VİDEO

“20 yanvar imperiyanın qırılma nöqtəsinə çevrildi”   
19.01.2018, 17:29

“20 yanvar imperiyanın qırılma nöqtəsinə çevrildi”  

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
19.01.2018, 17:19

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Deputatlar AŞPA-ya gedir
19.01.2018, 17:11

Deputatlar AŞPA-ya gedir

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək
19.01.2018, 17:01

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

İzmirdə Xocalı soyqırımı parkı açılacaq   
19.01.2018, 16:48

İzmirdə Xocalı soyqırımı parkı açılacaq   

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.1%)
SOCAR(17.3%)
Azersun Holding(13.0%)
Azercell(4.34%)
Bakcell(17.3%)
Nar mobile(0%)
Gilan Holdinq(4.34%)
Nurgun Group(0%)
Paşa Holding(4.34%)
Akkord(0%)