20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - “Ucqar kəndin gənc müəllimi” - “Mənim üçün ən ağır mənzərə şagirdləri gəlinlikdə görməkdir”
“Ucqar kəndin gənc müəllimi” - “Mənim üçün ən ağır mənzərə şagirdləri gəlinlikdə görməkdir”
04.03.2017, 13:14

“6-cı sinifdə oxuyan şagirdim mənə üzük gətirib çantama qoydu”

Bu gün cəmiyyətimizdəki bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, dərs şəraiti öyrənilib.

 

Bu dəfəki müsahibimiz Ağsu rayonunun Cəlayir kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səridə Quliyevadır.

-1992-ci ildə  Bakıda anadan olmuşam. Sabunçu rayonunda 170 nömrəli məktəbi bitirib, həmin il də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinə qəbul olunmuşam.  2015-ci ildə müəllimlər üçün təşkil olunan  imtahanlarda  iştirak edib, Ağsu rayon Cəlayir kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək hüququ qazanmışam. Kəndimiz mərkəzdən 35 km uzaqdadı, lakin tam təmirlidir və müəyyən qədər müasir infrastrukturla təmin olunub.
Qərarıma gəlincə, bu uşaqlıq arzum olub-filan deyə bilməyəcəm (gülür). Amma ətrafımda müəllimlərimi görüb ilhama gəlmişəm, bir də həyat... Daha dəqiq desək, təsadüf nəticəsində imtahan verib, qəbul olunandan sonra məndə həvəs yarandı.

 

Ağsu rayonunun Cəlayir kəndi gözəl təbiət mənzərəsinə sahibdir. Xüsusən də, yaz aylarında... Ora imtahan nəticələrinə əsasən, təyinat alan gənc müəllimin kənd və məktəbi haqqında təəssüratı çox gözəldi. Bakıya gələndə də “evimi istəyirəm” deyəcək qədər kəndə bağlanıb: 

 

-Buralar Bakıya gedəndə "evimi, torpağımı istəyirəm" deyəcək qədər gözəldi. Özümü  bura aid hiss edirəm. Palçıqlı yolları ilə, qışda üstü ocaq qoxuyan uşaqları ilə, baharda qızdırmalı xəstəlikləri ilə bu kəndi sevirəm.  Özümü buranın sakini kimi hiss edirəm, kimsə "qərib müəllimdir" deyəndə, heç üstümə götürmürəm.

Məktəbimiz ucqar kənd məktəblərindən seçilir. Yolunuz düşsə, keçsəniz bunun şahidi ola bilərsiniz. Bizim məktəbdə səhəri himnimizlə açırıq, günorta 13:55-ə kimi dərs keçirik...

 


Görəsən, Səridə xanımın kəndə ilk qədəm qoyduğu andakı  təəssüratı necə olub? Ümumiyyətlə, ilk dərs gününün, ilk kənd həyatının xatirələrini yəqin ki, heç zaman unutmayacaq:

 

-Kəndə daxil olanda dörd bir tərəfi qalın meşə, təmiz hava - Bakıda görmədiyim o sakitlik diqqətimi cəlb etdi. İlk dərs günü dəhşətli dərəcədə həyəcanlı idim, qəribə idim. “Müəllim”  kəlməsi mənə o qədər yad idi ki, direktor “müəllimə” deyə çağırır, baxmırdım ki, bu,  mən deyiləm axı...

Dərs günlərim adətən, rəngarəng keçir: uşaqlarla deyib-gülərək... Getdiyim ilk həftədə çoxlu məktub almışdım, biri daha maraqlı idi. Uşağın biri yazmışdı ki, “müəllimə, mən sizi çox istəmədim, hamının adını soruşduz, mənim  yox”. Bu sözlər bütün müəllimlik sevgimə pis təsir etdi, sanki bu sevgim öldü, bunu zamanla anladım. Yanvarın şaxtasında təxminən, 3-4 saat maşının xarab olmağı və yolda qalmağımı, iliyimə qədər işləyən soyuğu 50 il də keçə,  unutmaram.

6-cı sinif şagirdimin mənə üzük getirib çantama qoymağını da xatırlayıram (gülür)

 

Kəndin ruhu, sakitliyi, insanları gözəl... Amma əksər kəndlərdə olduğu kimi oranın da sosial çətinliyi, müəyyən şəraitsizliyi olmamış deyil. Bu həm gənc müəllimə, həm də şagirdlərin təhsilə münasibətinə necə təsir göstərir? Özünü eşidək:

 

-Bakıda yaşayan, orada böyüyən biri üçün ağır sualdı. Kanal suyu, həftədə 7-8 dəfə sönən işıqlar, odunla isinən ev, uzaq yol və.s. Amma  çox da narazı deyiləm, çünki bura gələndə hamısını nəzərə almışdım. Onu da deyim ki, mən bura gələn il kəndə qaz çəkildi, bulaq suyu ilə təchiz olundu, indi də yol çəkirlər.

 


Ucqar kənd məktəbinin müəllimlərinin əsas qayğıları da evlə bağlı olub. Kirayə qaldıqları, qonaq olduqları evlər, oranın acılı-şirinli xatirələri heç zaman yaddan çıxmır. Müsahibimiz məktəbdən kənarda gözəl həyəti olan evdə anası ilə birgə kirayədə qalır. Yaxşısı budur, özünü eşidək, görək, kənd camaatının münasibətindən, yaşadığı evdən, oradakı günlərdən nə danışacaq:

 

-Düzü , bizim kənddə elə gəliş-gediş, o eşitdiyim kənd axşamlarının söhbətləri olmur. Münasibət normaldı, ən azı şagirdlərimin valideynləri ilə yaxşıdı. Kənddə anamla kirayə qalırıq; ev sahibəsi və digər müəllim yoldaşım qızla birgə. Qaldığım yerə  ev deyil, buradakı ailəm demək lazım. Çünki həqiqətən, bu evdə bir ailə kimiyik.

Həftədə 5 gün -hər gün 6 saat olmaqla- dərsə gedirəm. Bazarlığı ayda bir dəfə edirik- maaşdan-maaşa. Kürdəmir bazarında bütün xalalar iki ildir, məni tanıyır (gülür). Yemək, ev işləri - anam sağolsun, həftəsonları köməkləşib edirik.

Bura gələndə anam narazı idi. Çünki kənd həyatının çətinliklərini bilirdi. Amma böyük səyimlə onu da özümlə gətirdim, düzdür, çətinliyi var, Amma burda hər günüm bir xatirədi.

 

Bu ifadəni hər dəfə  müəllim deyir, amma bu dəfə biz deyək: “keçək dərsə”. Yəni, məktəbdəki təhsilin durumundan, ona mənfi təsir edən məsələlərdən danışaq. Gənc müəllim danışır:

 

-Bir müəllim kimi mənim üçün ən ağır mənzərə, şagirdlərimi tələbə bileti ilə görmək varkən, gəlinlikdə görməyimdir. Məncə, bu bir çox ucqarlarda olur. Amma burada oxumaq istəyən, oxuyur. Başqa böyük problemin olduğunu  deməzdim.

 

Bura ilə şəhər məktəbi arasında yeganə fərq buradakı uşaqlarda  səmimiyyətin az da olsa, qalmasıdır. Bakıda praktikada olanda gördüyüm,  dərs  keçdiyim uşaqlarla kəndimizin uşaqları çox fərqlidir. Bu cür uşaqlarla eyni mühitdə olmaq, mənəvi zövq verir, ailə üzvlərim kimidirlər. Tək fərq elə budur, başqaları  həllini tapan  məsələlərdi.

 


Hiss olunur ki, gənc xanım kəndə yaman bağlanıb. XX əsrin əvvəllərinə aid bədii nümunələrdə bu kimi məqamları oxumaq olardı. Amma reallıqlar da var. Kənd və onun məktəbi, insanları həqiqətən, insanı özünə çəkən cazibəyə sahibdirlər:

-Dərsdən qayıdanda qazları zərərsiz quş sayıb, oynatmaq istərkən məni yaralamaları, ən sevdiyim ayaqqabımı itin çeynəməsi, ilk dəfə meşə ilə tanış olmağım - əslində, normal bir şeydi, amma mənim üçün qeyri-adi idi - sonra inəyin təzə doğulmuş balasını görməyə gedəndə qaloşumun palçığa düşüb bir daha  çıxmaması - bunların heç biri unudulan deyil. Bundan sonra 50 il keçsə də…


Şəhərdən gələn müəllim yəqin, özü ilə yeni metod da gətirir ki, şagirdlər də faydalansın. Bizim gənc müsahib də özünün yeni dərs metodları və şagirdlərinin qarşıdakı potensialından ürəkdolusu danışır:

-Bir ədəbiyyatçı kimi çalışıram ki, hər dərsim fərqli olsun. Dərslə bağlı müxtəlif oyunlar hazırlayıram. Qrup işləri edirəm – lövhəyə suallar yazıb yapışdırıram, onlara cavab verən qrupa ulduzlar hazırlayıb, həvəslədirmə kimi  təqdim edirəm və s.

Bir neçə şagirdim var, sınaqlarda yüksək nəticə göstərirlər, onların gələcəyinə ümidim böyükdü. Digərlərində məsələn, həvəs var, yaddaş yoxdu, başqalarında isə tam əksinə...


Epiloq.... Əgər epiloqdursa, bizə deməyə nəsə düşməz, müəllimin özünü dinləyək, ucqar kənd müəlliməsini...

-Tam səmimi deyirəm - burada həyat dərsi keçdim. Əvvəlcə, məni qarşılıqsız sevən onlarla şagird, yaxşı insanlar qazandım və bir daha anladım ki, mən işimi sevirəm. Bu iş mənə çox şeyi qazandırdı. Qazancımda "qəpik-quruş" da oldu, onları toplayıb daha böyük "məbləğlərə” dəyişməyi öyrətdi, bu iş...




E.Nazimoğlu

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Müdafiə Nazirliyi MAXE yığır - ELAN 
20.09.2017, 14:52

Müdafiə Nazirliyi MAXE yığır - ELAN 

Kənd təsərrüfatı ilə bağlı qanun layihəsi parlamentin iclasına çıxarılacaq
20.09.2017, 14:48

Kənd təsərrüfatı ilə bağlı qanun layihəsi parlamentin iclasına çıxarılacaq

Manat möhkəmlənir, dollarlaşma azalır - SƏBƏB   
20.09.2017, 14:35

Manat möhkəmlənir, dollarlaşma azalır - SƏBƏB  

Avtobus sürücüləri 4 saat işləməlidir
20.09.2017, 14:26

Avtobus sürücüləri 4 saat işləməlidir

Şagirdinin hamilə qalmasına görə tutulan müəllim azadlığa buraxıldı - ÖZƏL   
20.09.2017, 14:12

Şagirdinin hamilə qalmasına görə tutulan müəllim azadlığa buraxıldı - ÖZƏL  

Polisin yubiley medalı təsis olunur
20.09.2017, 14:05

Polisin yubiley medalı təsis olunur

“Aşıq Ədalətlə bağlı həyata keçirmək istədiyimiz planlar çoxdur” - Aşıqlar Birliyi  
20.09.2017, 13:56

“Aşıq Ədalətlə bağlı həyata keçirmək istədiyimiz planlar çoxdur” - Aşıqlar Birliyi  

Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək 
20.09.2017, 13:55

Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək 

TANAP kəməri Əskişəhərə 2018-ci ilin ortalarında çatacaq
20.09.2017, 13:52

TANAP kəməri Əskişəhərə 2018-ci ilin ortalarında çatacaq

Strateji Yol Xəritəsi icrasına baxış - deputat YAZIR
20.09.2017, 13:30

Strateji Yol Xəritəsi icrasına baxış - deputat YAZIR

Trampın BMT-dəki çıxışı - ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?
20.09.2017, 13:25

Trampın BMT-dəki çıxışı - ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?

Ziya Məmmədovun bacısının liseyində yoxlama başladı
20.09.2017, 13:25

Ziya Məmmədovun bacısının liseyində yoxlama başladı

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi   
20.09.2017, 13:20

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi  

Bel ağrıları və disk yırtıqlarında əməliyyatsız üsul - BİR İYNƏ İLƏ MÜALİCƏ
20.09.2017, 13:17

Bel ağrıları və disk yırtıqlarında əməliyyatsız üsul - BİR İYNƏ İLƏ MÜALİCƏ

Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı   
20.09.2017, 12:59

Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı  

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır   
20.09.2017, 12:43

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır  

Türkiyədə iki avtobus toqquşdu - 41 yaralı
20.09.2017, 12:38

Türkiyədə iki avtobus toqquşdu - 41 yaralı

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa
20.09.2017, 12:33

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa

Sabahın hava PROQNOZU açıqlandı  
20.09.2017, 12:31

Sabahın hava PROQNOZU açıqlandı  

“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ   
20.09.2017, 12:24

“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ  

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb
20.09.2017, 12:16

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb

Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı
20.09.2017, 12:13

Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...
20.09.2017, 12:10

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...

Ekoloji qanunvericiliyi pozanlar cərimələndilər
20.09.2017, 12:09

Ekoloji qanunvericiliyi pozanlar cərimələndilər

Gəncədə 11 evdən oğurluq edən tutuldu
20.09.2017, 12:07

Gəncədə 11 evdən oğurluq edən tutuldu

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı
20.09.2017, 12:05

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib  
20.09.2017, 12:00

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib  

Vəkili Akif Çovdarova bəraət istəyib
20.09.2017, 11:50

Vəkili Akif Çovdarova bəraət istəyib

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə....   
20.09.2017, 11:49

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə....  

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var
20.09.2017, 11:42

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var

Məkəzi Bank manatın indiki məzənnəsini qorumaqda maraqlıdır
20.09.2017, 11:36

Məkəzi Bank manatın indiki məzənnəsini qorumaqda maraqlıdır

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı
20.09.2017, 11:35

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirildi
20.09.2017, 11:32

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirildi

Elmar Məmmədyarov işğal olunmuş ərazilərlə bağlı İƏT-in üzvlərinə müraciət etdi   
20.09.2017, 11:27

Elmar Məmmədyarov işğal olunmuş ərazilərlə bağlı İƏT-in üzvlərinə müraciət etdi  

Azərbaycan prezidenti BMT Baş Assambleyasında çıxış edəcək
20.09.2017, 11:04

Azərbaycan prezidenti BMT Baş Assambleyasında çıxış edəcək

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.2%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.25%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.5%)
- Məhərrəmlık əsl İslama ziddir(30.8%)