Modern.az

Aygün Kazımova İlqarənin məsələsinə görə məhkəməyə müraciət edib

Aygün Kazımova İlqarənin məsələsinə görə məhkəməyə müraciət edib

Təhsil

5 Aprel 2011, 20:22

Xalq artisti Aygün Kazımova qızı İlqarə ilə bağlı qalmaqallı videorolikin internetdə yayılmasına görə məhkəməyə müraciət edib. Modern.az saytı ANS TV-yə istinadən xəbər verir ki, A.Kazımova onun qızı İlqarəni qeyri-etik görüntülərlə lentə alan Orxan Nəsirovun Azərbaycan qadınlarından üzr istəməsilə qane olmayıb. A.Kazımova bildirib ki, hazırda Türkiyədə müalicə alan Orxan əvvəlcə onun qızından üzr istəməli idi.
A.Kazımova ANS-in efirində O.Nəsirova zəng edərək bildirib:

- Orxan siz ANS kanalına müsahibə vermisiz və Azərbaycan qadınlarından üzr istəmisinuz, düzdümü?

- Bəli.

- Siz Azərbaycan qadınını bəyəm çəkib qoymusuz internet saytına, yoxsa İlqarəni? Biz axı danışmışdıq ki, siz İlqarədən üzr istəməlidiniz, hə Orxan, necə danışmışdıq, necə demişdiz. Demişdiz ki, “biz İlqarədən üzr istiyəcəyik", bəs niyə yadınızdan çıxdı İlqarədən üzr istəmək.

- Yox, Aygün xanlm, yadımdan çıxmayıb. Siz bildirdiniz ki, bu bütün Azərbaycan xanımlarına görə biabırçılıqdı, üzr istiyərsən, mən də bütün hamıdan üzr istədim. 

-  Bəs İlqarəni niyə yadından çıxartdın Orxan?

- Aygün xanım İlqarə də Azərbaycan xanımıdı da!

Qeyd edək ki, görüntülərdə olan digər iki şəxs isə ümümiyyətlə üzr istəməkdən imtina ediblər. İlqarə isə sosial şəbəkələrdə görüntülərin yayılması ilə bağlı keçirtdiyi əsəb gərginliyinə dözməyərək Azərbaycanı Moskvaya gedib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır