Modern.az

Azərbaycana içki idxalı 3 dəfə artıb

Azərbaycana içki idxalı 3 dəfə artıb

4 Mart 2017, 20:11

Bu ilin yanvarında Azərbaycandan spirtli və spirtsiz içkilərin ixracında müsbət dinamika müşahidə edilib. Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ay ərzində 739,38 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2016-ci ilin müvafiq dövrünə nisbətən 536,33 min dollar yaxud 3,6 dəfə çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,09 faizini təşkil edib.

Komitədən o da bildirilib ki, yanvarda Azərbaycana ümumilikdə 3089,80 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2016-ci illə müqayisədə 1910,5 min dollar və ya 2,6 dəfə çoxdur.

Bu məhsulların ölkənin ümumi idxalında payı 0,7 faiz təşkil edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir