Modern.az

Obamanın 3 il gizli apardığı müharibənin DETALLARI üzə çıxdı

Obamanın 3 il gizli apardığı müharibənin DETALLARI üzə çıxdı

Dünya

4 Mart 2017, 21:30

ABŞ prezident Barak Obamanın dövründə 3 il ərzində Şimali Koreyaya qarşı “kibermüharibə” aparıb.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazıb. Məlumata görə Obama Pentaqona Şimali Koreyanın raket proqramını pozmaq üçün kiberhücumlar gerçəkləşdirməyə tapşırıq verib.

 

 

 Məlumata görə, bu göstərişdən sonra Şimali Koreya ballistik raket sınağı gerçəkləşdirən zaman tez-tez problemlərlə üzləşib. Raketlər startın ilk saniyələrində trayektoriyalarını dəyişib, hədəfdən yayınıb və s.

 

 

Amma son 8 ayda orta mənzilli 3 raketini uğurla sınaqdan keçirən Şimali Koreya öz raket sistemini qismən qoruya bilib.

 

 

Məlumata görə Obama Ağ Evi tərk edərkən Trampa verdiyi məsləhətlərdən biri Şimali Koreyanın raket proqramına həssas yanaşması olub.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!