Modern.az

Obama Trampın dinlənilməsini təşkil edib - İddia

Obama Trampın dinlənilməsini təşkil edib - İddia

4 Mart 2017, 21:44

ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın Ağ evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən “Trump Tower” göydələninin dinlənilməsini təşkil edib. Respublikaçı bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Modern.az "AzərTac"a istinadən xəbər verir ki, Tramp bu hərəkətin öz alçaqlığına görə “Uoterqeyt qalmaqalına” bərabər olduğunu əlavə edib.

ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə “Watergate” yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir