Modern.az

30 il əvvəlki Əfqanıstan FOTOLARDA

30 il əvvəlki Əfqanıstan  FOTOLARDA

6 Aprel 2011, 12:57

Bu gün Əfqanıstan dünya mətbuatının gündəmindən düşmür. Ən əcaib xəbərlər ordan gəlir. Burnu kəsilmiş qızlar, silaha sarılmış fanatiklər, dünyaya daşınan narkotika... Televiziyadakı reportajları seyr edən zaman adama elə gəlir ki, Əfqanıstan və onun binəva sakinləri dünyanın ən miskin və əlacsız admalarıdır...

Uşaq vaxtı Əfqanıstan mənim yaddaşımda sovet ideoloji məhsulunun ortaya qoyduğu mənzərə ilə yadda qalıb: “Stinger”, “duşman”lar, ABŞ və hərbi səhra geyimində olan sovet əsgərləri..

Əfqanıstanın başı həmişə qalda olub. 1979-cu ildə SSRİ-nin ora müdaxiləsi dünya çapında böyük qalmaqala səbəb olmuşdu. Başda ABŞ olmaqla Qərb uzun illər bunu həzm etmədi və silahlandırdıqları Ben-Ladenlə və mücahidlərlə sovetlərə qarşı müqavimət hərəkatı yaratdılar. 1989-cu il general Qromovun Termezi keçməsi ilə sovet müdaxiləsi başa çatsa da, problemlər aradan qalxmadı.

2001-ci ildən bu ölkəyə daxil olan ABŞ ölkəyə sülh gətirmək misisyası alınmır: Sem dayını başa düşmürlər, onun “demokratiya” şüarı narkotik kartellərinin sərbəst ticarəti kimi başa düşülür, “insan azadlıqları” azyaşlı qızların yaşlı kişilərin yatağına zorla aparlılması, savadsızlığın, xəstəliyin  tüğyan etməsi kimi anlaşılır.

Sovet qoşunlarının müdaxiləsi həm də yeni bir Əfqanıstan yaratmaq cəhdini ortaya qoydu. Sosialist Əfqanıstanı. Əfqanıstan Demokratik Respulikası adı ilə tarixin bir səhifəsinə hopan bu dövlətin mövcudluğu uzun sürməyib. Amma sizə təqdim etdiyimiz şəkillərdə hər şey tamam başqa cürdür.. Heç inanmırsan ki, bura qan ağlayan, uzun saqqalı, yaşlı kişilərin azyaşlı qızlarla evləndiyi, kirli paltarlı qadınların yarıuçuq komalardakı hisli qablarda xörək bişirdiyi ölkədir.   

Amma Əfqanıstanın belə günləri də olub: baxın və bu günkü geopolitik maraqların qurbanına çevrilən bu ölkənin taleyindən ibrət alın...

Sovet əsgərləri əfqanlarla... Hələlik xoşbəxt anlardır.

Əfqan ailəsi: hər şey yaxşı görünür.

Arzularla dolu əfqan qızları...

Kabulda gözəllik salonu. Əfqan qadınları özlərinə baxmağı sevirdilər.

Zavodda adi iş günü.

İndi belə mənzərəni Əfqanıstanda müşahidə etmək ağılasığmazdır.

Sənaye obyekti: yəqin indi onun külü də qalmayıb.

Yük terminalı...

Sovet kombaynları Əfqanıstanda...

Narkotik yox, buğda əkirlər.

Əfqan qadın polisləri.

Şəhərin bir günü: hamı işə tələsir.

O zamanki prezident Nəcibulla parlamentdə.

İndi Əfqanıstan belə deyil.

 

O zamanın sakit əfqan şəhəri: indi burada hər gün qan tökülür.

Sabaha ümidlə baxan əfqan gəncləri.

Sovet-əfqan uşaqları: hamı xoşbəxt görünür...

Əfqanıstan təyyarəçiləri: onlar bomba yox, sərnişin daşıyırdılar.

Ali təhsilli əfqan gəncləri: "Yeni Əfqanıstan quracağıq".

Əfqan ağsaqqalı: "Oxumaq lazımdır, oxumaq...".

Prezident Nəcibulla: Taliblər onu dar ağacından asdılar.


Xaqani Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?