Modern.az

Gürcüstanda prezidentin səlahiyyətləri azaldılır

Gürcüstanda prezidentin səlahiyyətləri azaldılır

Dünya

4 Mart 2017, 22:16

Fövqəladə hallar və hərbi vəziyyət zamanı Gürcüstan Silahlı Qüvvələri prezidentin deyil, baş nazirin əmri ilə hərəkət edəcək. Modern.az “Report”a istinadən xəbər verir ki, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyası belə bir təşəbbüslə çıxış edərək hazırladığı yeni qanun layihəsini yeni konstitusiya komissiyasına təqdim edib.

Yeni layihəyə əsasən, Silahlı Qüvvələrin tərkibini hökumət təsdiq edəcək. Eyni zamanda, Silahlı Qüvvələrin sayının son həddi barədə qərarı da parlamentə hökumət təqdim edəcək.

Hakim partiyanın hazırladığı sənədə əsasən, prezident yanında Milli Təhlükəsizlik Şurasını da Müdafiə Şurası əvəz edəcək. Müdafiə Şurası daimi fəaliyyət göstərməyəcək. Şura yalnız hərbi təcavüz zamanı yaradılacaq.

Prezidentin Ali Baş Komandan kimi yalnız Baş Qərargah rəisinin istefasını qəbul etmək, yenisini təyin etmək, ali hərbi rütbələr vermək, hərbi və fövqəladə vəziyyət elan etmək səlahiyyəti qalacaq.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi