Modern.az

2011-ci ildə 24 min 881 vətəndaşa fərdi hesab açılıb

2011-ci ildə 24 min 881 vətəndaşa fərdi hesab açılıb

6 Aprel 2011, 12:11

Bu ilin ilk 3 ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 24 881 vətəndaşa fərdi şəxsi hesab açılıb.

DSMF mətbaut xidmətindən Modern.az sayıtına bildirilib ki,  “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi genişləndirilir. Belə ki, cari ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 24 881 sığortaolunana fərdi şəxsi hesab açılıb.

2011-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik  sığortaolunanların sayı 1 825 333 nəfərə catıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 1 013 851 nəfəri kişi, 811 482 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 466 948 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 040 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 409 825 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 379 196 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 167 324 nəfər təşkil edir.

Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi şəxsir hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir