24 iyun 2017, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Dəlidağın nəğməkar şairi
Dəlidağın nəğməkar şairi
05.03.2017, 11:12

 

Cabbarov Əyyub İmran oğlu ( Dəlidağın nəğməkar şairi) 1937-ci il mart ayının 5-də Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Hələ gənc yaşlarından lirik şeirlər müəllifi kimi məhşurlaşmışdır. Məhşur "Əyyub və Sənəm" dastanı hələ sağlığından aşıqların dillərinin əzbəri olub. AYB-nin üzvüdür. "Ayrılıq günahdan qabağa düşdü", "Günahlı dünya", "Ay arxadan baxan illər", "Duz yüklü ömür karvanı" kitablarının müəllifidir.
Halhazırda Gəncə şəhərində yaşayır.

 

 

MƏHƏBBƏTİMDİ

Buludsuz səmada səhər doğan gün,
Mənim sənə olan məhəbbətimdi.
Asimandan baxıb bədirlənən ay,
Mənim sənə olan məhəbbətimdi.

Şirin-şirin yatan körpə yuxusu,
Budağında qızılgülün qoxusu,
Sənin öz gülüşün ürək dolusu,
Mənim sənə olan məhəbbətimdi.

Dolu buludlardan bahar yağışı,
Çəmənlikdə çiçəklərin naxışı,
Bulaq səsi, bənövşənin baxışı,
Mənim sənə olan məhəbbətimdi.

Əyyuba şahiddi bu oba, bu el,
Yönüm hara düşsə qarşıma sən gəl.
Kamançada "Segah", sazda "Sarıtel",
Mənim sənə olan məhəbbətimdi.

Sən

Deyirsən ki, həmən mənəm, yaxın gəl,
Bu gün sən deyilsən, o dünənki sən.
Məni dəyişəndən dünya varına,
Silindin qəlbimdən o gündən ki sən.

Dövlət əl çirkidi, bir zaman gələr,
Bir xalnan yox olar, bir xalnan gələr,
Xoşbəxtlik ağılnan, kamalnan gələr,
Onu itirmisən əlinnən ki, sən.

Gəl səni qaytarım bir ötən günə,
O gün ki, səni də saldı düyünə,
Tutdum əllərindən, yalvardım sənə,
Ayrılaq söylədin dilinnən ki, sən.

Gördüyün halıma yanarsan dedim,
Gəzdiyimi xilqətində görmədim,
Endim ayağına, kömək istədim,
Zövq aldın gözümün selinnən ki, sən.

Yadındamı o solğun ay, o bahar,
Yadındamı Əyyub çəkən ağrılar,
Yadındamı Qəmli bulaq, Xan çinar,
Şahid həmən şahid, sən o deyilsən.

Qovağın

Bir gözəlin adın yazdım bıçaqla,
Dayanmadı zümzüməsi qovağın.
Bir gün dedim:"O qız əhdin itirdi",
Batdı o zamandan səsi qovağın.

Yarpaq saldı, köklərindən laxladı,
Günahkar tək yarasını yoxladı,
Qabar tutdu, qızın adın saxladı,
Dilə düşdü şikəstəsi qovağın.

Bar vermədi o zamandan qovaqlar,
Əsirgədi bəhrəsini qovaqlar,
Bir-birinə pıçıldadı, yarpaqlar,
Sərin çəkdi öz kölgəsi qovağın.

Bir gün gedib kölgəsində dayandım,
Əyyub vuran yarasından utandım,
Vidalaşıb, dörd yanına dolandım,
"Getmə" dedi hənirtisi qovağın.

Sənəmi 50 yaşında görəndə

Məni körpəlikdən, ay zalım Sənəm,
Ovsunlamış göz könlümdə qalıbdı.
Hələ deyirsən ki, nədən tanıdın,
Nə vardısa düz könlümdə qalıbdı.

Deyirsən ki, yenə mənə şer yaz,
İndi hər nə yazsam, o Sənəm olmaz,
O vaxt "əmi" dedin, bu vaxt "utanmaz",
İncidiyim söz könlümdə qalıbdı.

Nə qalıbdı sənə qurban olmalım,
Əgər gülsən, gülməlidi bu halım,
Sənin saçın ağdı, mənim saqqalım,
Gizlədiyin köz könlümdə qalıbdı.

Elə baxdın, sanki bir sabahdı o,
Yaman gəldi ömrümüzə bivaxt o,
Nə sən Sənəm, nə mən Əyyub, nə vaxt o,
Hər nə qalıb-öz könlümdə qalıbdı.

Sənəmi

Əziz qardaş adım çıxdı yadımdan,
Dəlidağda elə gördüm Sənəmi.
Bir göz atdım toxunmadı nişana,
Dedi yeri qocalmısan sən, əmi.

Dedim ay qız hardan belə gözəlsən?
Bəlkə enib səmalardan gəlmisən?
Göz tikib üzünə dedim gözəlsən,
Gülüb dedi dərdi qalıb sənəmi?

Dedim: A mürvətsiz umacağım var,
Dedi: Kəsə danış sözünü qurtar,
Dedim: Göz vurmuşam özümə qaytar,
Dedi: Əyyub gəl aldatma Sənəmi.

Ana

Ölmə! torpaqlara vermərəm səni,
Yerin qollarımın arasındadı.
Təbii sularla yumaram səni,
Suyun gözlərimin qarasındadı.

Atamın məzarın əlimlə yardım,
Torpağında sənə çarə axtardım.
Dolanardım, dərmanını tapardım,
Bilsəydim dünyanın harasındadı.

Boğazımda qəhər, qəlbimdə kədər,
Sənsiz bu dünyadan dilim dərd əmər.
Əyyuba kim yanar sən yanan qədər?
Ananın ürəyi balasındadır.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
24.06.2017, 00:26

Eşitmə qabiliyyətinizin zəifləyəcəyinə tam əmin ola bilərsiniz - XƏBƏRDARLIQ

24.06.2017, 00:23

Tarkan Bakıda Formula-1 azarkeşlərinə konsert verdi - FOTOLAR

24.06.2017, 00:14

Mingəçevirdə iki yaşlı körpə ağcaqanad dərmanı içdi

23.06.2017, 23:56

Pakistanda Ramazan bazarlığındakı terrorda ölənlərin say 37-yə çatdı

23.06.2017, 23:50

“Qəbələ” Fransadan futbolçu aldı

23.06.2017, 23:42

Mənzil üçün müraciət edən jurnalistlərin SAYI

23.06.2017, 23:30

İŞİD Azərbaycandan nə istəyir – Antiterror Mərkəzinin rəhbərindən AÇIQLAMA

23.06.2017, 23:05

Azərbaycan nefti UCUZLAŞDI

23.06.2017, 22:24

Obama Rusiyaya belə zərbə vurmaq istəyib

23.06.2017, 22:03

İŞİD-in əsas maliyyəçisi məhv edildi

23.06.2017, 21:41

Ermənistan parlamentində Sarkisyanı ifşa etdilər: “Siz nədən danışırsınız, hər gün cəbhədə ölən əsgərlərdən?”       

23.06.2017, 21:16

Zakir Həsənovdan düşmənə MESAJ: “Torpaqlarımızı azad etməyə qadirik”

23.06.2017, 20:40

Mətbuat Şurası saytlarla bağlı şikayətlərə baxdı

23.06.2017, 20:27

Əhliman Əmiraslanov Milli Məclisdə problemləri dinlədi

23.06.2017, 20:19

Formula 1 yarışlarında ikinci sərbəst yürüşün nəticələri məlum oldu

23.06.2017, 18:56

Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

23.06.2017, 18:45

Azərbaycanın Fransada yeni səfiri təyin edilib 

23.06.2017, 18:36

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23.06.2017, 18:31

Şirvanda bina təmirinə 3 milyon manat ayrılıb

23.06.2017, 18:27

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23.06.2017, 18:22

İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib

23.06.2017, 18:07

Moldova prezidentinin Azərbaycana səfəri bitdi

23.06.2017, 18:05

8 şahzadəyə insan alverinə görə hökm oxundu

23.06.2017, 17:50

"ALBATROS"  mağazasında da insanları aldadırlar

23.06.2017, 17:34

Ramazan münasibətilə 500 məhbus əfv olundu

23.06.2017, 17:29

Dövlət qulluğuna qəbulda yerlibazlıq mövcud idi...

23.06.2017, 17:21

Naxçıvanski adına Hərbi Liseyin növbəti buraxılışı oldu

23.06.2017, 17:16

Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb

23.06.2017, 17:13

Dollar və manat - Üç gün üçün məzənnə dəyişmədi

23.06.2017, 17:05

Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri alıb

23.06.2017, 17:04

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda - FOTO

23.06.2017, 17:03

Kamal Abdulla Çin diplomatı ilə görüşüb

23.06.2017, 16:54

"Formula-1"in sərbəst yürüşündə qəza olub  

23.06.2017, 16:41

 “Azərbaycan ordusunda tolerantlıq” adlı tədbir keçirildi

23.06.2017, 16:39

Göyçayda polis 3 oğurluğun üstünü açdı

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(7.89%)
- Dənizə gedə bilmirik(28.9%)
- Səhhətimizə mənfi təsir edir(15.7%)
- Əhvalım xoşallanır(7.89%)
- Məhsul qıtlığı yaranır(13.1%)
- Təsərrüfatıma ziyan dəyir(5.26%)
Yağış, dolu ruzi-bıərəkətdir(21.0%)