Modern.az

İndiki hava şəraiti kənd təsərrüfatına nə vəd edir... (Ekspert rəyi)

İndiki hava şəraiti  kənd təsərrüfatına nə vəd edir... (Ekspert rəyi)

6 Aprel 2011, 12:14

Ölkə ərazizində son zamanlar havanı yağıntılı keçməsinin kənd təsərüfat məhsullarına hansı təsir göstərməsi ilə bağlı bu sahənin ekspertlərin fikirləri yəqin ki, hər kəs üçün maraqlı olar.Modern.az sayıtına bu barədə “Ərzaq Təhlükəsizliyi Uğrunda” İctimai Birliyin sədri Zahid Abbasov danışıb.

O, qeyd edib ki, son zamanlar hava şəraitinin yağıntılı keçməsinin bütün sahələrə xeyri var: “Burada xüsusilə taxılçılıq, yem bitkiləri, səpkili əkmələr olan yoncanın məhsuldarlığına  çox yaxşı təsir göstərir. Konkret rəqəm indidən  demək düzgün deyil. Hələ bilmək olmaz bundan sonra havalar necə keçəcək. Hər halda kənd təsərrüfatı təbiətdən aslı bir sahədi. İndidən biz desək iki gündü yağış yağır, məhsul bol olacaq, bu, düzgün deyil. Bu cür hava taxılçılıq və yem bitkiləri üçün çox əlverişlidir”.

Z. Abbasov hazırda pambıq səpininin başlanması ərəfəsi olduğunu bildirib: “Belə hava pambıq səpinini bir az gecikdirəcək. Səpindən sonra belə hava uzun müddət davam eləsə, pambıqçılığa ziyan dəyəcək. İmkan vermiyəcək torpağa düşən toxum cücərsin, həmin toxum başlayacaq çürüməyə. Ona görə də fermer məcbur olub ikinci dəfə səpin aparmalı olacaq. Bu cürə hava şəraiti bir məhsula xeyir edəndə, digərinə ziyan edir. Ona görə də yalnız taxıl və yem bitkilərində məhsuldarlıq yuxarı ola bilər, əgər hava şəraiti bu cür davam etsə”.

 

 Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi