Modern.az

Hacı Zeynallabdinin rus zabitinə CAVABI

Hacı Zeynallabdinin rus zabitinə CAVABI

5 Mart 2017, 19:58

Yadımdadır, hələ çox-çox bundan qabaq bu əhvalatı mənə atam danışmışdı: “Bakı milyonçusu Hacı Zeynalabiddin Tağıyev rus– sovet qoşunlarının Bakını işğalından sonra həmin qoşunları təmin etməyə məcbur edilir. Dünyanın istisini-soyuğunu, ağını-qarasını görən bu müdrik ağsqqqal ilə gözlərindən qan daman səlahiyyətli rus komissarı üz-üzə dayanır. Hacı dilənir:

–   Sizin əsgərlərin illik təminatını üzərimə götürürəm. Əsgərlərin bir ildə olacaq bütün yemək-içməyini, papağından-şalvarınacan bütün geyimini verəcəyəm. Yalnız çəkmələrini verməyəcəyəm!

Hacının bu qəribə şərtini eşidən komissarın dişləri ağarır:

–  Hacı, bütün geyim-kecimlərini verəcəyin halda niyə məhz çəkmələrini verməkdən imtina edirsən? Qəribə deyilmi?

 Hacı tənəli-tənəli gülümsünür:

–  Əsgərlərin çəkmələrini də mən versəm, onda ordu gərək sizə yox, mənə qulluq eləsinlər.

Ağıllı Hacının müdrik kəlamlarına bu gün işıq düşür və bu kəlamların işığında məyus-məyus başını yelləyən Hacını görürük. Allah, əsl millət atası olan Hacı Zeynalabdinə də, onu yaddaşdan-yaddaşa ötürüb unudulmağa qoymayanlara da min rəhmət eləsin!

 

ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru
e-mail: [email protected]

                                                       

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub