Modern.az

Müasir transplantalogiyanın banisi vəfat edib

Müasir transplantalogiyanın banisi vəfat edib

Dünya

5 Mart 2017, 23:54

Müasir transplantalogiyanın banisi cərrah Tomas Starzl 90 yaşında Pitsburqda öz evində vəfat edib. Modern.az Trend-ə istinadən xəbər verir ki, cərrahın ölümü barəsində məlumatı onun şərəfinə adlandırılmış universitet yayıb. Həyatının son 35 ilini Starzl bu universitetdə işləyib.

 

Qeyd edək ki, Tomas Starzl 1963-cü ildə qaraciyər köçürülməsi üzrə ilk klinik cərrahiyyə əməliyyatını keçirib. Cəmi 4 ildən sonra onun keçirdiyi analoji əməliyyat tarixdə ilk dəfə olaraq uğurla bitib. Starzl Pittsburqda dünyada ilk transplantalogiya mərkəzi yaradıb. Bu mərkəz, artıq 1980-cı illərin sonunda hər il 500-ə yaxın qaraciyər transplantasiyası həyata keçirirdi.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?