Modern.az

"Əl-Qaidə” Yəmənə hücum etdi: 11 ölü

"Əl-Qaidə” Yəmənə hücum etdi: 11 ölü

6 Mart 2017, 00:32

Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının silahlılarının hücumları nəticəsində 11 hərbçi həlak olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Əbyan əyalətində silahlılar nəzarət-keçid məntəqəsinə hücum edərək 6 hərbçini öldürüb. Daha 5 hərbçi Hadramaut əyalətində həlak olub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Ölkənin cənubunda isə İŞİD və “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmaları fəaliyyət göstərir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub