“Zdob şi Zdub” qrupu aprelin 6-da Bakıya gəlib. Tanıtım turu çərçivəsində Bakıya bir günlük səfər edən qrup bu gün İctimai Televiziyanın “Yeni Gün” proqramının qonağı olub və 15.30-da isə “Eurovision xəbərləri” proqramında canlı çıxış edəcək. Eyni zamanda Moldova təmsilçiləri bu gün İctimai Televiziyada mətbuat nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, Moldovanın “Zdob şi Zdub” qrupu ikinci yarımfinalda 8-ci çıxış edəcək.
Modern.az