Modern.az

DAK piketi təxirə saldı

DAK piketi təxirə saldı

6 Aprel 2011, 13:45

Dünya Azərbaycanlıları Konqresinin İran səfirliyi qarşısında keçirəcəyi piket təxirə salınıb. Bu barədə Modern.az saytına DAK-nin mətbuat xidmətindən Samir Əsədli məlumat verib. O bildirib ki, Bakı şəhəri İcra Hakimiyyətində piketlə bağlı məktubu qəbul etməyiblər. “Biz məktub göndərmişdik. Məktubu qəbul eləmədilər. Bizə bildirildi ki, 5 gün qabaq müraciət olunmalı idi”-deyə S.Əsədli bildirib.  

Aprelin 5-də də DAK rəhbərliyinin toplantısı keçirilib və  toplantıda qarşıdurmaya girməmək üçün piket təxirə salımaq qərara alınıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir