Modern.az

Bakıdakı yeni binalarda mənzillər neçəyə satılır? - QİYMƏTLƏR

Bakıdakı yeni binalarda mənzillər neçəyə satılır? - QİYMƏTLƏR

İqtisadiyyat

6 Mart 2017, 12:35

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən,  paytaxt ərazisində 2017-ci ilin yanvar ayında təkrar bazarda yeni tikili  mənzillərin qiymətində artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,50% qalxıb.


Qurumdan Modern.az-a bildirilib ki, təkrar bazarda yeni tikili mənzillərin qiymət deyişməsi aşağıdakı kimi olub:


Qiymətlərin təhlili. 2016-cı ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artımı (enməsi) onunla əlaqədədir. Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1500 AZN/kv.m. yuxarı olan mənzillərin payı (əsasən Nərimanov, Nəsimi və Səbail  rayonlarında yerləşən mənzillər) 23,35% təşkil etmişdisə, yanvar ayında isə 23,86%. Beləliklə bahalı mənzillərin payı təklif portfelində 0,51% artıb. Buda ki, 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Beləliklə, carı ilin yanvar ayına Bakı şəhəri üzrə yeni tikilililərin orta bazar qiyməti 1438 manat/kv.m. təşkil etmişdi.


Təklif portfeli.
Keçən ilin dekabr ayından  2017-ci ilin yanvar ayına kimi  ümumi təklif portfelində 12% artım qeydə alınıb. Beləliklə, ən çox yeni tikililər  Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub. 2016-cı ilin dekabr ayına nisbətən Yasamal  rayonunda 0,9% azalma müşahidə olunur.  “Çıxarışsız” olan mənzillər əsasən Yasamal rayonunda yerləşir (31%), “Çıxarışlı” mənzillər isə - Xətai rayonunda (23%).


Satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur – 72%, təmirsiz mənzillərin payı isə 28% təşkil edir. Təklif portfelində “Kreditlə” təklif olan mənzillərdə müşahidə olunur, lakin ümumi portfeldə payı cüzi miqdardadır – 1,2%.


Bakı şəhəri
rayonları üzrə yeni tikililərin orta bazar qiyməti:

Bakı şəhəri və rayonları

Qiymət, AZN/kv.m.

1

Binəqədi

1334

2

Nizami

1179

3

Nərimanov

1754

4

Nəsimi

1804

5

Qaradağ

897

6

Sabunçu

991

7

Suraxanı

907

8

Səbail

2317

9

Xətai

1266

10

Xəzər, Pirallahı

904

11

Yasamal

1401

 

Bakı şəhəri

1438

                                              

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub