Modern.az

«Milli və bəşəri dəyərləri hüquqi təcəssümü - Azərbaycan Konsitutsiyası»

«Milli və bəşəri dəyərləri hüquqi təcəssümü - Azərbaycan Konsitutsiyası»

9 Noyabr 2009, 18:25

«ODLAR YURDU» UNİVERSİTETİ VƏ «GƏNC LİDERLƏR» TƏŞKİLATININ TƏŞƏBBÜSÜ İLƏ KONFRANS KEÇİRİLİB

Noyabrın 9-da «Odlar Yurdu» Universiteti və «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının təşəbbüsü, ictimaiyyət nümayəndələri və tələbələrin iştirakı ilə 12 noyabr Konsitutsiya Gününə həsr olunmuş «Milli və bəşəri dəyərlərin hüquqi təcəssümü-Azərbaycan Konsitutsiyası» mövzusunda  konfrans keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan «Odlar Yurdu» Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev Konsitutsiya Günü ilə bağlı təbriklərini çatdıraraq, əsas qanunumuzun əhəmiyyətindən danışıb. O, Konsitutsiyanı ölkənin bütün sahələrini əhatə edən təkmil hüquqi sənəd adlandıraraq, sənəddə insan hüquq və azadlıqları ilə bağlı müddəaların böyük bir fəsli əhatə etdiyini deyib. Ə.Vəliyev bunun Konsitutsiyanın demokratik dəyərlərə və əsaslara söykəndiyinin göstəricisi olduğunu söyləyib.
Universitetin tələbəsi , «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının sədri Fərid Şahbazlı isə Konsitutsiyanın ölkədə idarəetməni, hakimiyyət bölgüsünü olduqca dəqiq tənzimlədiyini deyərək, bu ali qanun toplusunun təbliğinə çox böyük ehtiyac olduğunu bildirib. O, Konsitutsiyanın 158 maddəsinin 48-nin insan hüquq və azadlıqlarına həsr olunduğunu deyərək, bunun ölkəmizin hüquqi idarəçiliyinin qarantı olduğunu qeyd edib.
Millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə Konsitutsiyanın qəbul olunduğu 1995-ci ildəki siyasi-ictimai durumu təhlil edərək, mürəkkəb bir şəraitdə belə mükəmməl sənədin hazırlanmasında  mərhum dövlət başçısı Heydər Əliyevin rolunu qeyd edib.
Daha sonra çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni, AMEA-nın şöbə müdiri, Prezident yanında Dil Komissiyasının üzvü, akademik İsmayıl Məmmədov, Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Şəmsi Gülverdi Konsitutsiyada əksini tapan bir sıra vacib məsələlərlə bağlı mövqelərini açıqlayıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?