Modern.az

İctimai Palata Lalə Şövkət və Sərdar Cəlaloğlu ilə müzakirə aparmaqdan imtina edib

İctimai Palata Lalə Şövkət və Sərdar Cəlaloğlu ilə müzakirə aparmaqdan imtina edib

6 Aprel 2011, 13:47

İctima Palata ALP,ADP, Ümid və digər müxalifət partiyalarının birgə yığıncağının keçirilməsi təklifindən imtina edib. Bu barədə Modern.az saytına ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, mediada “Qarabağ” blokuna daxil olan patiyaların İctimai Palatanın üzvlüyünə daxil edilməsi ilə bağlı məlumatlar düz deyil.

“Biz üzvlərimizə quruma daxil olmağı qadağan etməmişik. Koordinasiya Şurası bizim bloku necə müzakirəyə çıxara bilər? İctimai Palata fərdlərin qurumudur və onun belə bir hüququ yoxdur”.

S.Cəlaloğlu bildirib ki, İctimai Palata ideyasının düzgün reallaşmadığı qənaətindədir.
“Mənim şəxsən İctimai Palataya daxil olmaq fikrim yoxdur. Amma partiya üzvlərinin İctimai Palatanın fəaliyyətində iştirakına qadağa qoymamışıq. Onlara öz hüquqlarını müdafiə eləmək istiqamətində İctimai Palata və digər xətlərlə birləşib fəaliyyət göstərməsinə razılıq vermişik”-deyə ADP sədri bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı