Modern.az

“Arif Rəhimzadə o sözləri deyəndə mən də ordaydım və əsl həqiqət budur ki...” - QALMAQAL

“Arif Rəhimzadə o sözləri deyəndə mən də ordaydım və əsl həqiqət budur ki...” - QALMAQAL

Aktual

6 Mart 2017, 14:47

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bir neçə gün öncə Rusiyanın KM.ru xəbər portalına verdiyi müsahibə hələ də müzakirə olunurş Qalmaqala səbəb olmuş müsahibədə deputatın “azərbaycanlılar türk deyil” fikrini işlətməsi Arif Rəhimzadəni qınaq obyetinə tuş edib.


Deputat Çingiz Qənizadə  də Modern.az-a açıqlamasında qalmaqala münasibət bildirib:


“Sosial şəbəkələrdə Milli Məclisin komitə sədri Arif Rəhimzadə haqqında açılan müzakirələr biraz konteksdən çıxarılıb və yanlışlığa yol verilib. “Badamdar otel”də Arif müəllimin iştirak etdiyi tədbirdə mən də vardım, Rusiya nümayəndə heyəti ilə görüşdəydik. Orada Arif müəllim ilk çıxış edənlərdən biri oldu. O, Rusiya nümayəndə heyətinə etiraz edərək “Xocalı hadisəsində 366-cı rus alayı da iştirak edib və 613 nəfərin ölümü ilə bitən faciəni Rusiya bu günə qədər müzakirə etmir, tanımır və eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələdə də laqeyd münasibət göstərir, amma Lapşinlə bağlı aktivlik edir” fikirlərini bildirdi. Arif Rəhimzadə çox kəskin ifadələrlə fikrini bildirdi və ilk çıxış olduğu üçün bizlər də onun çıxışından cürətləndik, çox haqlı olaraq onu müdaiə etdik.

Milliyətlə bağlı məsələyə gəldikdə isə Arif müəllim bildirdi ki, “biz türk kökənliyik, amma millət kimi adımız azərbaycanlı yazılıb. Burada da qəbahət axtarmaq düzgün deyil, mən də türkəm, amma bu gün millətimin adı azərbaycanlı yazılıb və dövlət olaraq da Azərbaycan dövlətinin vətəndaşıyam”.

İndi bu fikirləri konteksdən çıxarıb dövlət üçün, Azərbaycan üçün böyük işlər görmüş, vətənə, millətə bağlı olan bir ağsaqqal haqqında yersiz müzakirələr açmağın tərəfdarı deyiləm. Mən şahid kimi Arif müəllimin oradakı mövqeyini bölüşürəm və belə hesab edirəm ki, o hər şeyi düz dedi. 
Birincisi, Rusiyaya etirazını bildirdi, ikincisi dedi ki, “bizim kökümüz türk olsa da bizim millətimiz azərbaycanlıdır, bizim vətəndaşı olduğumuz dövlətin adı Azərbaycandır”.
Bəzən məsələnin dəqiqliyini bilmədən emosional fikirlər bildirilir, Arif müəllimin orada mövqeyi  bu cür olub ki, “müstəqil dövlətik, gerbimiz, bayrağımız var, vətəndaşlığımızın qarşısında Azərbaycan vətəndaşı yazılır, Azərbaycan dövlətini təmsil etsək də soy-kökümüz türkdür”.
Müzakirələri bir neçə gündür izləyirəm və mənə maraqlı oldu ki, nəyə görə həqiqət yazılmır, amma ortada hərə öz bildiyi kimi münasibət bildirir. Hesab edirəm ki, bu cür münasibətlərə son qoyulmalıdır. Arif müəllimin dediyində heç bir problem yoxdur. Biz də xarici ölkəyə gedəndə “haradan gəlmisən, kimsən” deyə soruşurlar. Biz demirik türkük, deyirik ki, azərbaycanlıyıq, Azərbaycandan gəlmişik.
Bizim tariximiz, kökümüz araşdırılanda biz türk kökənli olduğumuzu deyirik. Bizim genimiz və tariximiz türkə bağlıdır. Orada söhbət dövlət, vətəndaş olaraq Azərbaycandan gedirdi  və hesab edirəm ki, Arif müəllimin yanaşması normal idi, türkçülüyü inkar etməyib, kökümüzün türk olduğunu bildirib, amma millət olaraq azərbaycanlı olduğumuzu qeyd edib”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?