Modern.az

Fransa Liviya ilə danışıqlara başlamağı təkilf edib

Fransa Liviya ilə danışıqlara başlamağı təkilf edib

6 Aprel 2011, 14:40

Fransa Xarici İşlər Nazirliyi Liviyada müxalifəti və hakimiyyəti BMT-nin iştirakı ilə siyasi danışıqlara başlamağa çağırıb. Modern.az "RİA-Novosti"yə istinadən bildirir ki, Fransa danışıqlarda Müəmmər Qəddafinin qatımamasını istəyib.
Bu barədə xarici işlər naziri Alen Juppe açıqlama verib. XİN hesab edir ki, NATO-nun hərbi əməliyyatları Liviyada uzana bilər və odur ki, danışıqlara başlamaq lazımdır.

“Fransa, Böyük Britaniya və ABŞ-ın müdaxiləsi sayəsində Qəddafinin əsas təyyarələri, tanklarının və zirehli texnikasının əsas kütləsi məhv edilib”-deyə Juppe bildirib.

O deyib ki, “artıq siyasi müstəviyə keçməyin zamanıdır. Gələn həftə Dohada koalisiya qüvvələrinin, BMT-nin, Ərəb Liqası Ölkələrinin və Afrika İttifaqının daxil olduğu “əlaqə qrupunun”iştirakı ilə görüş keçirləcək.  

“Söhbət situasiyanın siyasi həlli üçün irəliləyişlərdən, bunun üçün Milli Şura və Tripolidəki şəxslərlə aparılacaq danışıqlardan gedir. Biz başa salmağa çalışırq ki, Qəddafinin gələciyə yoxdur”-deyə Juppe bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı