Modern.az

Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi  

Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verildi   

6 Mart 2017, 16:15

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

 

İclasda qeyd edilib ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı MSK-ya müraciət edib.

 

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu il fevralın 21-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı