Modern.az

Dünyanın 10 hökumət başçısı FOTOLARDA

Dünyanın 10 hökumət başçısı FOTOLARDA

6 Mart 2017, 16:56

Hökumət adlı mexanizmin işləkliyi baş nazirin fəaliyyətindən birbaşa asılıdır. Parlament respublikalarında baş nazir faktiki olaraq dövlət başçısı, prezident respublikalarında isə bu post prezident postundan ayrıldığı hallarda icraedici orqanın rəhbəri funksiyalarını da icra edir.

 

XVI-XVII əsrlərdə Qərbi Avropada yaranmış bu post ilk vaxtlar sənədlərdə birinci nazir kimi göstərilirdi. Sonradan formaca dəyişərək baş nazir kimi tanımlanmağa başlamışdı.

 

Modern.az dünyanın fərqli coğrafiyalarında yerləşən 10 ölkənin baş naziri haqda qısa inromasiya və onların fotolarını təqdim edir.

 

Bu il fevralın 26-da Azərbaycanın baş naziri Artur Rasizadənin 82 yaşı tamam olub. 1996-cı ildən Baş nazir postunda əyləşən Artur Rasizadə nə az, nə çox, düz 21 ildir eyni vəzifədə çalışır. Baxmayaraq o, pensiya yaşını çoxdan keçib.

 

Ukraynanın baş naziri 39 yaşlı Vladimir Qroysman ölkə tarixində bu yüksək postu tutan ilk yəhudi mənşəli vətəndaşdır. O, 2016-cı il 14 aprel tarixindən hökumətə rəhbərlik edir.

 

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan baş nazir funksiyalarını icra edir. 49 yaşlı baş nazir “Gürcü Arzusu- Demokratik Gürcüstan” koalisiyanın üzvüdür.

 

Rusiya baş naziri Dmitri Medvedev 2012-ci il mayın 8-dən Rusiyanın baş naziridir. O, bundan əvvəl 4 il (2008-2012) prezident səlahiyyətlərini də icra edib. 51 yaşlı Dmitri Medvedev 2012-ci il mayın 26-dan “Vahid Rusiya” partiyasının sədridir.

 

Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının sədri və Türkiyənin baş naziridir. O, 2016-cı il mayın 22-dən bu funksiyaları icra edir. 61 yaşlı hökumət başçısı buna qədər 14 il nəqliyyat və dənizçilik naziri postunu icra edib.

 

 Livanın baş naziri Saad Həriri 2016-cı il dekabrın 16-dan baş nazir səlahiyyətlərini icra edir. “Gələcək namizə hərəkat”ın rəhbəri sayılan 47 yaşlı hökumət başçısı 2005-ci ilin fevralında sui-qsəd nəticəsində öldürülən baş nazir Rafiq Həririnin doğma oğludur.  

 

Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev 2016-cı ilin 9 sentybarından etibarən bu postdadır. 53 yaşlı Seqintayev iqtidardakı “Nur Otan” partiyasını təmsil edir.

 

Castin Trüdo Kanada tarxinin ən gənc ikinci baş naziridir. O, səlahiyyətlərinin icrasına başladığı gün (14 aprel 2013) 43 yaşına qədər qoymuşdu. Liberal partiyanın sədri kimi Trüdo 2019-cu il parlament seçkilərinə qədər ölkəyə rəhbərlik edəcək.

 

Li Ketsyan ölkədə yeganə siyasi güc olan Çin Kommunist Partiyası 2013-cü il 15 mart tarixli qərarı ilə Dövlət Şurasının sədri – Çin hökumətinin rəhbəri təyin olunub. 61 yaşlı baş nazirini dövründə Pekin hər il 6-10% iqtisadi artım tempinə nail olub.

 

Hindistanın baş naziri Narendra Damodardas Modi 2014-cü il mayın 26-dan baş nazir səlahiyyətlərini icra edir. Modi Bharatiya canata partiyasının sədri kimi parlament seçkilərində qələbədən sonra bu postu tutub. Baş nazirinin 66 yaşı var.

 

Çell-Stefan –Leven 2014-cü il oktyabrın 3-dən İsveçin baş naziri funksiyalarını həyata keçirir. Hökumət rəhbəri İsveç Sosial-Demokrat və Yaşıllar partiyalarının koalisiyasında yer tutur. 60 yaşlı Leven İsveç tarxinin sayca 60-cı hökumət rəhbəridir.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır